Əmlak Komitəsi daşınmaz əmlakın qeydiyyatında yeni mərhələyə dair işgüzar dialoq keçirəcək
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 9-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu” mövzusunda işgüzar dialoq keçirəcək.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında təşkil olunacaq işgüzar dialoqun keçirilməsində məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən müasir yanaşmalar, innovativ tətbiqlər və bu proseslərin vətəndaşlara qazandırdığı üstünlüklər barədə fikir və təcrübə mübadiləsi aparmaqdır.
Tədbirdə komitə nümayəndələri ilə yanaşı, əmlak idarəçiliyi sahəsində fəaliyyət göstərən iqtisadçı ekspertlər, konsaltinq və audit şirkətlərinin, ictimai təşkilatların və aidiyyəti dövlət qurumlarının nümayəndələri, rieltorlar iştirak edəcəklər.