İQTİSADİYYAT
ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİNİN METODOLOGİYASI HAZIRLANIR
Bakı, 17 avqust (AZƏRTAC). Məlum olduğu kimi, Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosesinin daha da təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin tətbiqi məqsədi ilə Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir. Qiymətləndirmə metodoligayasının hazırlanması bu layihənin tərkib hissələrindən biridir.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Əmlakın Qiymətləndirilməsi/Vergiqoyma ilə bağlı beynəlxalq ekspertlərin məsləhətləri əsasında komitə tərəfindən Qiymətləndirmə Metodologiyasının hazırlanması istiqamətində işlər görülür. Bu metodologiyanın hazırlanması vətəndaşların əmlakını düzgün qiymətləndirməyə imkan verəcəkdir.