“ƏMRAHBANK” ASC-NİN ADİ ADLI SƏNƏDSİZ SƏHMLƏRİNİN EMİSSİYA PROSPEKTİ QEYDƏ ALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Əmrahbank” ASC-nin ümumi məbləği 2 milyon 141 min 100 manat, hər birinin nominal dəyəri 100 manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə almışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir. “AzərİnterTreyd” MMC səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edir.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.
“Əmrahbank” ASC-nin səhmlərinin emissiya prospekti BFB-nin internet saytında yerləşdiriləcəkdir.