Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib. Tədbir Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu – UNESCO-nun elan etdiyi 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən təsis edilmiş 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanın 1997-ci ildən Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü, 2001-ci ildən Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etdiyini diqqətə çatdırıb.

“Bu il aprel ayı bizim tərəfdən əqli mülkiyyət ayı elan edilib və bir sıra tədbirlər həyata keçirilir”, - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.

Professor Kamran İmanov qeyd edib ki, builki bayram günləri xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, bu əlamətdar günləri qalib xalqımızın nümayəndələri tam suverenliyini bərpa etmiş respublikamızın hər yerində, Vətənimizin hər bir guşəsində qeyd edirlər.

Agentliyin rəhbəri Azərbaycan xalqının arzusuna çatmasında, Qələbə sevinci yaşamasında, ölkənin beynəlxalq nüfuzunun artmasında, söz sahibinə çevrilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin inkişafına böyük təsir göstərdiyini bildirən Kamran İmanov 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid verilən şəhadətnamələrin əvvəlki illə müqayisədə 20 faiz çox olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən il “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyatdan keçirilmiş əsərlər də 2022-ci illə müqayisədə 73 faiz çoxdur. Üstəlik, əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb. Eləcə də 2023-cü ildə ixtira fəallığı 2022-ci illə müqayisədə 11 faiz artıb. İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda olaraq 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay ərzində aparılıb, MDB məkanında ilk olaraq, iddia sənədlərinin 3D-formatında qəbulu həyata keçirilib, hamıya əlçatanlığı təmin edən “açıq reyestr” prinsipi tətbiq edilib.

Qeyd olunub ki, Agentliyin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin köməyilə bu universitetdə Əqli mülkiyyət kafedrası yaradılıb. Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının Agentliyin nəzdində daha əvvəl yaradılmış filialının fəaliyyəti isə əqli mülkiyyət sahəsində hüquqşünas mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi irsin 30 illik işğal dövründə talan edildiyini, dağıdıldığını qeyd edən professor Kamran İmanov deyib: “Biz bir neçə müddətdir ki, UNESCO-dan bunları araşdırmağı, erməni vandalizminin nəticələrini, Azərbaycan mədəni irsinin talan edilməsini qələmə almaq və bunun üçün bu ərazilərə səlahiyyətli missiya göndərməklə bağlı müraciət etmişik. Lakin buna hələ ki reaksiya yoxdur”.

Kamran İmanov qeyd edib ki, bu ilin mart ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın UNESCO-nun Baş direktoru Odre Azule ilə Parisdəki görüşündə erməni mədəni-dini irsinin Qarabağda qorunub saxlanması məsələsi müzakirə predmeti olub. Maraqlıdır ki, Azərbaycan mədəni irsinin 30 illik işğal dövründə dağıdılmasını UNESCO, yumşaq desək, soyuqqanlıqla qəbul etdiyi halda, hay-ermənilərin bir-iki illik “yaratdığı problem” UNESCO-nun diqqət mərkəzindədir: “Xatırladım ki, UNESCO-nun ən vacib sənədlərinə əsasən, “mədəniyyət xalqların mədəni irslərində əksini tapmış mədəni müxtəliflik” deməkdir. Bir sözlə, UNESCO-nun ən vacib öhdəliklərindən biri xalqlara məxsus mədəni irsin xristian, müsəlman, türk, Avropa mədəniyyətindən asılı olmayaraq, qorumaqdan ibarətdir. Odur ki, Əqli Mülkiyyət Agentliyi səlahiyyətlərinə və vəzifələrinə uyğun olaraq, UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə də yerinə yetirməsini diqqət altında saxlamasını tələb edir”.

Azərbaycan nümunələrinin mənimsənilməsinin hayların köhnə adəti olduğunu bildirən professor Kamran İmanov hələ 1967-ci ildə nəşr edilmiş “Erməni folkloru” kitabına diqqət çəkib. Qeyd edib ki, orada nümunə gətirilən “Pulu-Puqi və oğrular” rəvayətini Molla Nəsrəddinin məşhur “Molla və oğru” lətifəsi ilə müqayisə etdikdə ermənilərin plagiatlıq faktı üzə çıxır: “Ermənilər Qarabağın erməni məliklərinə məxsus olması barədə yalanla yanaşı, Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar”.

Agentliyin sədri, həmçinin Azərbaycan atalar sözlərinin erməni nümunələri kimi təqdim edildiyini bildirib.

Professor Kamran İmanov qeyd edib ki, Qərbi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldıqdan sonra, artıq 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutunda xüsusi şöbə fəaliyyətə başladı. Onun vəzifəsinə xalq musiqisi və folklor nümunələrini toplamaq və tədqiq etmək daxil edildi. Onların toplanması və arxivləşdirilməsi keçmiş Azərbaycan torpaqlarında aparılırdı və təbii ki, onların mənşəyi türk-azərbaycanlı olmuşdu. 1959-cu ildə nəşr edilmiş “Ensiklopedik musiqi lüğəti”nə əsasən, “müasir erməni musiqisinin atası” Komitas tərəfindən ümumilikdə üç mindən çox mahnı lentə alınmışdı. Özününküləşdirilən əsərlər arasında “Es kes tesa” adı altında “Sarı gəlin” mahnısı da olub. XIX əsrin sonlarında nəşr olunan kitablarda “Uzundərə”, “Ceyranı”, “Şalaxo” Azərbaycan folklor rəqsləri erməni nümunələri elan edilib, 1959-cu ildə buraxılmış “Musiqili ensiklopedik lüğət”də isə “həm də Azərbaycanda geniş yayılmış erməni solo rəqsləri” kimi təqdim edilib.

“Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsədli quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olunur və erməni etnik aləminin mənzərəsinin bir hissəsinə çevrilir”, - deyə professor Kamran İmanov qeyd edib.

Konfransın açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Əqli Mülkiyyət Agentliyinin uzun illər ərzində Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunması yolunda yorulmadan çalışdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Agentlik əlindən gələni edir: “Professor Kamran İmanovun bu mövzuda xarici dillərdə nəşr edilən əsərləri stolüstü kitablara çevrilib. Onu da qeyd edim ki, bu sahədə problemlərdən biri məhz xarici dillərdə kitabların olmamasıdır. Professor Kamran İmanovun bu kitabları ilə həmin boşluq aradan qaldırılır”.

Əziz Ələkbərli diqqətə çatdırıb ki, tarixi torpaqlarımıza qayıdış bizim beynəlxalq hüquqa söykənən təməl hüququmuzdur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi öz əksini tapıb. Konsepsiyada, həmçinin Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irsin, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığı, yer adlarının dəyişdirildiyi öz əksini tapıb. Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq.

Konfransın açılış mərasimində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da çıxış ediblər.

Çıxışlarda erməni millətçilərinin Azərbaycanın qeyri-maddi mədəni irsini oğurlamaları, Qərbi Azərbaycan ərazisində, eləcə də işğal dövründə həyata keçirdikləri vandalizm aktının bütövlükdə dünya irsinə qarşı cinayət aktı olduğu vurğulanıb. Erməni saxtakarlıqlarının və uydurmalarının qədim mənbələr əsasında ifşa edilməsinin vacibliyi vurğulanıb və bu baxımdan Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə keçirdiyi konfrans yüksək qiymətləndirilib.

Konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “Qərbi Azərbaycan torpaqları qədim və klassik mənbələrdə və DNT-analiz”, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycan ərazisində müsəlman dini irsinə qarşı erməni vandalizmi” mövzusunda məruzələri dinlənilib.

Sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov geniş məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru İbrahim Bayramovun “Qərbi Azərbaycan: mənəvi soyqırımı və tarixi həqiqətlər” mövzusunda, İcmanın İdarə Heyətinin üzvü, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Nazim Mustafanın “Erməni tarixşünaslığındakı mövcud ziddiyyətlərdən faydalanmaq yolları haqqında” məruzələri dinlənilib.

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib -  YENİLƏNİB-2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

Mehriban Ələkbərzadə: İlyas Əfəndiyevin dramaturgiyasında əvəzolunmaz iki meyar var

ADA Universitetində Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edilib

İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sessiyasında təmsil olunur

Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti davam edir

Xəbərdarlıq: Paytaxtda küləyin sürəti saniyədə 15-20 metrədək güclənəcək

Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri Rustavidə qeyd olunub

Premyer Liqa: “Turan Tovuz” son turda “Kəpəz”i məğlub edib

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir ŞƏRH

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb

Turqay Hüseynov: Vəkil işləmək üçün təcrübə müddətinin üç ildən bir ilə qədər azaldılması gündəmdədir

“Jerusalem Post”: Vardanyan mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib

Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Vəkillərin İxtisas Komissiyasının sədri: Əsas məqsədimiz hüquqşünaslarımızın peşəkar olmasıdır

Leysan yağışları Ermənistanda azı iki nəfərin həyatına son qoyub

IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası başa çatıb  YENİLƏNİB VİDEO

Kürün səviyyəsinin artması bəzi açıq sahələrdə suyun məcradan çıxmasına səbəb olub

Anar Bağırov: Əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb

Lefkoşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib

Aramsız yağışlar Qazaxda çaylarda selə səbəb oldu -  FOTO

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Musevenidən

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda intellektual oyun üzrə çempionat keçirilib

G7 ölkələri Rusiya aktivlərinin gəlirlərini Ukrayna üçün istifadə etmək istəyir

Gəncədə müasir regional vəkil kompleksinin açılışı nəzərdə tutulur

Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları on bir mərkəzdə aparılıb

Avstriyanın Baden şəhərində Azərbaycan etnocaz konserti keçirilib VİDEO

Anar Bağırov: İşğaldan azad olunmuş ərazilərdə vəkil büroları yaratmaq niyyətindəyik

Neftçalada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Xaçmaz və Qubada 2115 abituriyent biliklərini sınayıb

Vəkillər Kollegiyasının sədri: Bu il imtahan suallarının seçimində müəyyən dəyişikliklər etmişik

“Azərbaycan uşaqlarının əsərlərində bolqar qızılgülü” sərgisi Karlovo Qızılgül Festivalında təqdim edilib

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Əfqanıstan vətəndaşı: Əfv Sərəncamına görə Prezident İlham Əliyevə minnətdaram

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Hortadan

Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq

Xalq yazıçısı İlyas Əfəndiyevin məzarı ziyarət olunub

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azadlığa buraxılan məhkum: Əfv Sərəncamı bizim üçün böyük motivasiyadır

Prezidentin Sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

Azərbaycanın Müstəqillik Günü ərəfəsində Ukraynanın Poltava şəhərində tədbir keçirilib

67 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib

İmtahan rəhbəri: 163 nömrəli məktəbdə təşkil olunan imtahanda heç bir qayda pozuntusu qeydə alınmayıb

17 saylı cəzaçəkmə müəssisəsindən 4 xarici vətəndaş azadlığa buraxılıb

ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri regional məsələləri müzakirə edəcək

Anar Bağırov: Əsas hədəfimiz ölkədə vətəndaşların sayına düşən vəkillərin sayını artırmaqdır

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Xidmət rəisinin müavini: Əfv Sərəncamı müstəqillik tarixindəki əhəmiyyətli əfv aktlarından biridir

Cənubi Koreya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsindən 8 məhkuma şamil olunub

“Neftçi” Miodarq Bojoviç ilə yollarını ayırıb

Sabah bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir

Qardaş xatirəsinə tikilən və memarın yadigarı olan 67 yaşlı qeyri-adi ev...

FHN: Ziya Bünyadov prospektində qəza nəticəsində avtomobildə qalmış vətəndaş xilas edilib

Əfv Sərəncamının icrası Yevlax rayonunda da yerinə yetirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonodan

DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib

Havada toz müşahidə olunur

Səbinə Əliyeva: Əfv edilən vətəndaşlar onlara göstərilən bu yüksək etimadı doğrultmalıdırlar

Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır

Xarkovda hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

DİM: Bugünkü imtahanlarda ən yaşılı abituriyent 1965-ci, ən gənc abituriyent 2009-cu ildəndir

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

Mərakeşin Kralı VI Məhəmməddən

Gürcüstanda Müstəqillik Günü qeyd olunur

Müstəqillik Günü ərəfəsində hərbi hissədə “Açıq qapı” günü keçirilib VİDEO

4 saylı cəzaçəkmə müəssisəsindən 4 qadın azadlığa buraxılıb

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - AÇIQLAMA

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub

Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli konsert keçirilib

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb VİDEO

Qlobal araşdırmalar internetin insanlar üçün faydalı olduğunu müəyyənləşdirib

“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Luiziana ştatındakı bataqlıqlar tamamilə quruya bilər

“İsmət” adlı səssiz Azərbaycan filminin bu il 90 yaşı tamam olur

Türkiyənin Qabar dağında neft hasilatı artır

Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH

Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub

"Bayer" Almaniya Kubokunun qalibi olub

Oqtay Zülfüqarovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Venesiya Biennalesində Azərbaycan pavilyonu - REPORTAJ VİDEO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar araşdırma aparılıb