Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etnocoğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda konfrans keçirilib. Konfrans Ümumdünya Kitab və Müəlliflik Gününə həsr edilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu tədbirin keçirilməsində məqsəd xüsusən əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.

Professor Kamran İmanov çıxışında müasir dünyada əqli mülkiyyətin əhəmiyyətinin və rolunun artmasına da diqqət çəkib. Qeyd edib ki, son 15 ildə əsasını əqli mülkiyyət təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıq böyüyüb: “Nəticədə 2024-cü il üçün 7 trilyon ABŞ dollarına çatıb. Dünya üzrə verilən patentlərin üçdəbir hissəsi rəqəmsal texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir. Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, dərc olunan və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyon ədədə yaxındır. 2021-ci ildə 2,41 milyon ədəd kitabdan Avropanın payı 53,5 faiz, Asiya 35,0 faiz, Şimali Amerika 8,8 faiz, Latın Amerikası, Karib hövzəsi və Okeaniya – 2,7 faiz olub. Ən çox kitabların sayı Çin, Almaniya, ABŞ, Britaniya, Yaponiya və Koreya ölkələrindədir”.

Aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Günü olduğunu deyən Kamran İmanov müvafiq olaraq 1997-ci ildən və 2001-ci ildən bu əlamətdar günlərin ölkəmizdə qeyd olunduğunu bildirib. O, bu əlamətdar günlərin ikinci ildir ki, tam suverenliyini bərpa etmiş ölkəmizin hər bir guşəsində qeyd olunduğunu vurğulayıb.

“Aprel ayı isə bizim tərəfdən əqli mülkiyyət ayı elan edilib və bir sıra tədbirlər həyata keçirilir”, - deyən Kamran İmanov Agentliyin bu ay üç beynəlxalq tədbirdə fəal iştirak etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, aprelin 10-da Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququ Daimi Komitəsində Əqli Mülkiyyət Agentliyi “Süni intellekt və əqli mülkiyyət” təqdimatı ilə ölkəmizin bu sahədə atılmış addımlarla beynəlxalq cəmiyyəti tanış edib. Aprelin 14-də Agentlik ÜƏMT-nin IT-transformasiya tədbirində iştirak edib. Aprelin 21-də Moskva şəhərində ənənəvi təşkil edilən məşhur “Аvtor/Author-2025” beynəlxalq konfransında əsas məruzəçilər qismində “Melodiya, harmoniya və ritmlərin başında duran yaradıcılıqdır” məruzəsində geniş təqdimatla iştirak edib.

Çıxışında “Qutadqu-bilik”ə istinadla “səadətə aparan əqldir” fikrini qeyd edən professor Kamran İmanov vurğulayıb ki, 30 il ədalətin bərpasına gücünü əsirgəməyən, 44 gündə bizə qürur bəxş edən və 23 saatda şərəf və sevinc gətirən Ali Baş Komandan xalqımızın səadətini qurdu. Prezident İlham Əliyev sabahın memarı olaraq hər bir ötən günü gələcək naminə qura bilib. Azərbaycan dövləti qalib olmasına baxmayaraq, Ermənistan ilə sülh sazişi bağlamağın təşəbbüskarıdır.

Professor Kamran İmanov çıxışında Prezident İlham Əliyevin bu il aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda söylədiyi fikirlərdən bir neçəsinə diqqət çəkib:

-“Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi”.

-“Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir”.

-“…Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən”.

Daha sonra Kamran İmanov ermənilərin səmimiyyətdən uzaq olduqlarını, ikiüzlü davranışlarını və revanşizm istəklərini qeyd edərək bildirib: “Ötən ilin aprelində və sonra fikrini təkrarlayan Paşinyan parlamentdə çıxış edərək, qonşularla münasibətdə Ermənistanın keçmişini yenidən dərk etmək çağırışı edib və qeyd etdiyinə əsasən, “tarixi Ermənistan” və “real Ermənistan” bir-biri ilə ziddiyyətdə olduğuna görə, təhlükələr yaradır. Onun sözlərinə əsasən, dünyaya Van çarlığının mövqeyindən yox, bugünkü Ermənistan dövlətinin mövqeyindən baxılmalıdır, əks halda dövlətçiliyimizin qurulmasına zərər gətiriləcək.

Yaxud bu yaxınlarda Gümrü şəhərində partiya soydaşları qarşısında aşağıdakı etirafla çıxış edib: “Tarixi Ermənistandan real Ermənistana keçməliyik, əks halda real Ermənistan tarixi Ermənistana çevrilə bilər”.

Lakin bunlar yalnız sözlər idi, hərəkətlər isə əksini göstərir. Paşinyanın dedikləri ilə əməli düz gəlmir: bir tərəfdən sərhəddə atəş açılır, digər tərəfdən sülh sazişinin perspektivindən danışır. Əgər bu etiraflar səmimidirsə, bəs real Ermənistan hansı səbəbdən sülh sazişinin dövlətimizin təbii olan şərtlərini həll etmir və sazişin bağlanmasını uzadır?”.

Professor Kamran İmanov deyib ki, dünyanın ən zəngin arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin əlyazmalarının tapılması müşkül bir işdir: “2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş “Sokrovişa akademiçeskix sobraniy Sankt-Peterburqa” kitabı çapdan çıxmışdı. Kitabın tərtibatçı kollektivinin rəhbəri milliyyətcə erməni olan professor Yuriy Petrosyan yazırdı ki, arxivdə qorunub saxlanan erməni əlyazmaları qismində orijinal nümunə yoxdur, əksəriyyəti - 80 faizə qədəri XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir”.

Agentliyin sədri bildirib ki, 9 ildir ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” devizi ilə keçirilən və hər il “və ya” sözləri ilə yeniləşən bu konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur.

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Əqli Mülkiyyət Agentliyinin çoxşaxəli fəaliyyətində erməni saxtakarlıqlarının ifşa edilməsinin mühüm yer tutduğunu bildirib: “Agentliyin bu istiqamətdə gördüyü işlərin böyük əhəmiyyəti var. Bu baxımdan Qərbi Azərbaycan İcması ilə Əqli Mülkiyyət Agentliyinin fəaliyyət maraqları üst-üstə düşür.

Bu konfrans Qərbi Azərbaycan İcmasının Əqli Mülkiyyət Agentliyi ilə keçirdiyi ikinci tədbirdir. Bu tədbirlər erməni saxtakarlıqlarının dünyada ifşa edilməsində mühüm rol oynayacaq”.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, belə konfransların keçirilməsi Qərbi Azərbaycan həqiqətlərinin də dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əksini tapan müddəalar, o cümlədən dinc yolla, ləyaqətlə qayıtmaq, Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarının, onların təhlükəsizliyinin təmin olunması – bütün bunların heç biri hüquqdan kənar deyil. Bu müddəaların həm beynəlxalq hüquqda, həm də milli hüquqda əsasları var.

“Ona görə də hüquqi yolların nəzərdən keçirilməsi, millət olaraq ictimai yaddaşımızın yenilənməsi, Qərbi Azərbaycana qayıdışın realizə olunması üçün bu cür konfransların təşkili olduqca əhəmiyyətlidir. Düşünürəm ki, konfrans öz qarşısına qoyduğu məqsədə çatacaq”.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev çıxışında diqqətə çatdırıb ki, xalqımızın mədəni irsi təkcə maddi-mədəni abidələrlə məhdudlaşmır, həmçinin qeyri-maddi mədəni irsimizin özünəməxsus abidə və elementləri mövcuddur. Təəssüflər olsun ki, Qərbi Azərbaycanda xalqımıza xas olan zəngin irs nümunələri, o cümlədən aşıq sənəti və digər qeyri-maddi mədəni irsimizin nümunələri qəsdən dağıdılıb, mənimsənilib və xalqımız bu hüquqlardan məhrum edilib. Bu səbəbdən bu irsin beynəlxalq aləmdə tanıdılması vacibdir.

“UNESCO-nun Ümumdünya İrs Siyahısında Azərbaycanın 5-ci qeyri-maddi mədəni irs nümunəsi yer alır. Bu siyahılarda hazırda 24 element qeyd olunub ki, bu da ölkəmizin zəngin irsə malik olduğunu sübut edir”, - deyə Seymur Fətəliyev bildirib.

Daha sonra konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Azərbaycan əraziləri haqqında etnocoğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda geniş məruzəsi dinlənilib.

Konfransda, həmçinin “Qərbi Azərbaycanın erməniləşdirilməsi: tarixi və mərhələləri”, “Qərbi Azərbaycana qayıdışın siyasi müstəvidə və beynəlxalq hüquq normaları çərçivəsində əsaslandırılması”, “Qərbi Azərbaycana qayıdış: hüquqi-siyasi aspektləri və müasir çağırışlar”, “1604-1605-ci illər Səfəvi köçürmələri və “Böyük sürgün” mifinin ifşası: tarixi reallıqlar və erməni narrativinin ideoloji məqsədləri” mövzularında məruzələr təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin Əqli Mülkiyyət Agentliyi ilə Qərbi Azərbaycan İcması arasında anlaşma memorandumu imzalanıb.

 

 

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib YENİLƏNİB 2  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qadınlardan ibarət basketbol millisi Dünya Kubokunun seçmə mərhələsində son oyununa çıxıb

Cənubi Koreyada prezident seçkilərində 44,39 milyon nəfər səs verə biləcək

Muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

Azərbaycanda həndbol üzrə mövsümə yekun vurulub, qaliblər mükafatlandırılıb

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub

Almaniyada Kansler Fridrix Mertsə və koalisiya hökumətinə ictimai dəstək artmaqdadır

Şəkidə ikimərtəbəli ev yanıb

Azərbaycanın kişilərdən ibarət basketbol millisi Kanadaya məğlub olub

Yekaterinburqda azərbaycanlı tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş viktorina keçirilib

Norveçdə “Əqrəb mövsümü” serialının aktyorları ilə görüş keçirilib

Azərbaycan cüdoçuları Ermənistan təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib

Azərbaycanın basketbol millisi Dünya Kubokunun seçmə mərhələsinə qələbə ilə başlayıb

Bakıda daha bir marşrutun avtobusları yenilənir

Meksikada keçirilən görüşlərdə Azərbaycanın COP29 Sədrliyi çərçivəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib

Türkiyə Prezidenti Qarabağ atlarının iştirakı ilə təqdim olunan çıxışı izləyib

İsveçin vəliəhd şahzadəsi Viktoriya kiçik leytenant rütbəsi alıb

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib VİDEO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib VİDEO

“Nissan” baş ofisini 700 milyon dollara satır

Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş sessiyasında AQTA nümayəndə heyəti ilə təmsil olunacaq

“Şahdağ Qusar” çempionluq kubokunu qusarlı futbolsevərlərə təqdim edib

“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

Naxçıvan təmsilçisi növbəti dəfə ölkə birincisi olub

Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Kaya Kallas: Şimali Makedoniyanın gələcəyi Aİ-dədir

Ərzincanda “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində konfrans keçirilib

Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək

Serbiya XİN: Bosniya və Herseqovinada bərabərhüquqluların dialoquna inanırıq

FHN-in Aran Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli” münasibətilə konsert keçirilib

Monteneqro Prezidenti: ABŞ-ın Ukraynada sülh üçün səylərini alqışlayırıq

“E-sosial” mobil tətbiqi vasitəsilə 23 mindən çox əmək müqaviləsi elektron şəkildə imzalanıb

İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə qəbul təşkil edilib

Bazar günü havanın temperaturu 28 dərəcə olacaq

Bu gün türkoloq-alim Cavad Heyətin anadan olmasından 100 il ötür

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib VİDEO

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib VİDEO

Qərbi Azərbaycan İcması İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsini alqışlayır

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub

Türkiyə Prezidenti Gürcüstan Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi olub

Ağcabədidə çiyid səpini başa çatıb

FHN-in qurumları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol çempionatına yekun vurulub

NBA: “İndiana Peysers” seriyada ikinci qələbəsini qazanıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Bəzi yerlərdə leysan xarakterli yağıntılar müşahidə olunur - FAKTİKİ HAVA

İlin əvvəlindən “Könüllü DOST” proqramına 500-dən çox şəxs cəlb olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla yad edilib

Bu gün Misli Premyer Liqasının sonuncu turun oyunlar keçiriləcək

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var VİDEO

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var VİDEO

Dünya birjalarında neft bahalaşıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub

Dünya bazarında qızıl 71 dollaradək bahalaşıb

İndoneziyada BMT-nin Qlobal Sazişi çərçivəsində fəaliyyət platformasının yüksək illik iclası keçirilib

Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Media: Tramp Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir

Könlümün sevgili məhbubu mənim...

Mahir Tağızadə: Səhnənin sehri məni həmişə özünə cəlb edib - MÜSAHİBƏ

ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?

Deputat: Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir

Aleksandar Vuçiç: Serbiya-Macarıstan tarixdə ən yaxşı münasibətlərə malikdirlər

Türkiyə universitetinin dekanı: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir

Mixail Qusmanın BMT-nin 80 illiyinə həsr olunmuş filminin premyerası Cenevrədə keçiriləcək

Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

Bitki mənşəli qidalarla qidalanma diabetli yetkinlərdə çəki azalmasına səbəb olur - TƏDQİQAT

Nigar Arpadarai: Panamanın zəngin biomüxtəlifliyi onu iqlim dialoqunda güclü səsə çevirir

Moskvada Azərbaycanın İkinci Dünya müharibəsinə verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Zaqatalada avtomobil piyadanı vurub

Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib

Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır

“Napoli” İtaliya çempionu olub

Avroliqada ikinci finalçı bəlli olub

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb

Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq

Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib

Sankt-Peterburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Orlov vilayətində helikopter qəzaya uğrayıb

Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsi reallaşıb

Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib

ADMİU ilə Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

Tat-evi monastırının qaranlıq tarixi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Avroliqa: “Fənərbağça” finala vəsiqə qazanıb

AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Adanada Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib

UNEC-in 95 illik yubileyi kontekstində xarici dillərin tədrisində strateji uğurlar

Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb