Ərdoğan Trampa S-400 raketləri üzrə işçi qrupu yaratmağı təklif edib
Bakı, 29 aprel, AZƏRTAC
Bu gün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə lideri telefon söhbəti zamanı Ağ evin başçısına Rusiyanın S-400 zenit-raket sisteminin tədarükü ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün birgə işçi qrupu yaratmağı təklif edib.
Liderlər Suriya mövzusunda fikir mübadiləsi aparıb, həmçinin terrorla mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılaşıblar.
İkitərəfli və regional məsələlərin müzakirə olunduğu telefon danışığında iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması hədəfi yenidən təsdiqlənib və atılacaq addımlar dəyərləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]