Ərəbdilli enerji informasiya platformasında Azərbaycanın neft-qaz sektorundakı fəaliyyəti barədə yazı dərc olunub

Qahirə, 6 yanvar, AZƏRTAC
Ərəbdilli “Attağa” enerji informasiya platformasında AZƏRTAC-ın xəbərlərinə istinadla ötən il Azərbaycanın neft-qaz sektorunda fəaliyyəti barədə yazı dərc olunub.
Materialda qeyd edilib ki, 2001-ci ildə 270 milyon ABŞ dolları məbləğində vəsaitə malik olan Azərbaycan Dövlət Neft Fondunun hazırkı aktivlərinin məbləği 44 milyard ABŞ dollarını keçib. Ötən ilin yanvar-noyabr aylarında fondun “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 730 milyon 707 min dollar, o cümlədən 11 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 278 milyon 178 min dollar olub. Bundan başqa, Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində on bir ayda 5 milyard 272 milyon ABŞ dolları gəlir əldə edilib.
Yazıda diqqətə çatdırılıb ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Belə ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]