Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər - AZƏRTAC “Ağoğlan” məbədindən xəbər verir VİDEO

Laçın, 25 fevral, A.Yavərzadə, foto A.İbrahimov, AZƏRTAC

Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırı fevralın 24-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri tərəfindən ziyarət edilib.

Bu, icma nümayəndələrinin “Ağoğlan” məbədinə ikinci səfəridir. Səfərdə, xarici və yerli mətbuat nümayəndələri, tarixçi-etnoqraflar da iştirak edirdilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, budəfəki səfər əvvəlkindən fərqlənirdi. Məbəddə 29 il öncə Xocalı soyqırımında ermənilər tərəfindən qətlə yetirilən 613 azərbaycanlının xatirəsi yad olunub, onların ruhuna dualar oxunub, ayin icra edilib, şam yandırılıb. Beləliklə, 29 ildən sonra ilk dəfə Laçında Xocalı qurbanlarının xatirəsi anılıb.

İcmanın sədri Robert Mobili qədim Alban-Udi məbədi olan “Ağoğlan” monastırının tarixindən danışaraq bildirib ki, bu məbəd hələ qədim Alban dövləti dövründən mövcud olub. Otuz ilə yaxın idi ki, əsirlikdə qalmışdı. Amma artıq məbədin əsl sahibləri gəlib.

Erməni vəhşiliyindən söz açan Robert Mobili qeyd edib ki, uzun müddət əsarətdə qalan rayonlarımız da artıq azaddır. Bu rayonlarda bir çox qədim məbədlərimiz var. “Ermənilər işğal zamanı tarixi abidələrimizi, təbiətimizi məhv ediblər. Alban məbədlərinin bir çoxunu isə erməniləşdirməyə çalışıblar. “Ağoğlan” məbədinə daxil olanda erməni saxtakarlığının bir daha şahidi oluruq. Daşların üzərinə erməni xaçları çəkilib. Bu fakta vaxtilə işğal altında olan digər Alban məbədlərində də rast gəlirik. Nəhayət ki, torpaqlarımız azad edildi və qədim Alban məbədləri də öz varislərinə qaytarıldı. Bunlar bizim tarixi irsimizdir”.

Ermənilər bu məbədləri özlərinə məxsus kimi təqdim etməyə çalışsalar da, erməni kiləsisə ilə Alban kiləsəsinin heç bir yaxınlığı yoxdur. Robert Mobili deyib ki, Alban kilsələri müstəqil kilsələr olub, yerləşdiyi bu ərazilər isə tarixən də Azərbaycan torpaqlarıdır. “Ermənilər çox çalışdılar ki, Alban-Udi xristianlarının izlərini silsinlər, lakin bunu bacara bilmədilər. Tarixi həqiqət bərpa olundu. Azərbaycan çoxmillətli bir ölkədir və tolerantlıq nümunəsidir. Bugünkü səfərimiz də bunu bir daha göstərir. Ermənistan isə monoetnik dövlətdir. Azərbaycan vaxtilə imkan verdi ki, ermənilərə bu məbədlərdə də ibadət etsinlər. Lakin nə gördük, ermənilər bu məbədləri saxtalaşdırmağa, öz adlarına çıxarmağa başladılar. Bu, onların xislətlərində var. Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər”, - deyə icma sədri əlavə edib.

“Ağoğlan” məbədinə səfərə gələnlər arasında UNEC-in Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri Məhəbbət Paşayeva da var. Onun sözlərinə görə, “Ağoğlan” məbədinin tarixi çox qədimlərə gedib çıxır. Hətta xristianlıqdan öncəki dövrdə də bura hər zaman ziyarətgah olub. Ona gördə yerli əhali buranı “Ağoğlan piri” adlandırıb. İnanc yeri kimi istifadə olunan bu yerə nəzirlər gətirilib, dualar oxunub. Alban xristian məbədləri məhz qədim inanc yerlərinin əsasında ibadətgahların yerində qurulub. “Ağoğlan” məbədi də belə inanc yerlərindən biridir. Baxmayaraq ki, burada kilsə ucaldılıb, lakin İslam dininə bağlı insanlar da hər zaman bura ziyarətə gəliblər.

Orta əsrlərdən kilsə kimi fəaliyyət göstərən tikilinin bugünkü görkəmi ermənilər tərəfindən dəyişdirilib. Bu barədə danışan Məhəbbət Paşayeva bildirib ki, Alban dövləti VIII əsrdə süqut etsə də, Alban kiləsələri burada hər zaman mövcud olub: “1836-cı ildən Alban kilsələri Qriqoryan kilsəsi kimi təqdim olunmağa, ermənilər isə yerli xalq kimi qələmə verilməyə başlandı. Xaçların dəyişdirilməsi bu siyasətin davamıdır. Halbuki Alban xaçları ilə Qriqoryan xaçları arasında çox fərq var. Alban kilsəsi I əsrdən mövcud olub və xaçlarında kainat, təbiət və buta təsvirləri, ornamentləri var. Təəssüf ki, biz bu xaçları indi görmürük. Lakin bu yerin özü, tiklinin özülü, daşlardakı tarixi izlər sübut edir ki, bura qədim Alban məbədidir”.

Səfərimizin digər maraqlı məqamı isə Laçın sakini Müşfiq İsmayılovun uzun illərin həsrətindən sonra doğma yurduna ayaq basması idi. Deyir ki, 1985-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Lakin 7 yaşına qədər Zabux kəndində yaşayıb. Ailəsi ilə birlikdə 1992-ci ildə məcburi köçkün düşüb.

Müşfiq 30 ilə yaxın ata-baba yurdunun həsrəti ilə yaşayıb. Artıq o həsrət bitib. O, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyərək, Laçına məhz onların şücaəti sayəsində ayaq basa bildiyini deyir. Bəli, 29 illik həsrətdən sonra bu torpaqlara qayıtmaq insana qürur dolu sevinc hissləri yaşadır. Laçınlılar tezliklə doğma torpaqlarına qayıdacağı, yenidən xoşbəxt həyatlarını yaşayacaqları günü səbrsizliklə gözləyirlər. O gün isə uzaqda deyil...

Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər - AZƏRTAC “Ağoğlan” məbədindən xəbər verir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Noyabrda toksiki zəhərlənmə ilə əlaqədar 107 müraciət olub

Paytaxtda bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

“Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin TİƏ prosesinin gələn ilin sonun yekunlaşdırılması nəzərdə tutulur

AQTA: Ölkəmizə məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparılıb

Bakıda Rus gəncləri festivalına start verilib

Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Şəmkirdə tədbir keçirib

Bakıda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib

Həkim: Qızılcaya yoluxan tovuzlu bacı-qardaş evə buraxılıb

Ermənistanın özünə yeni himayədarlar axtarması regiona sülh gətirməyəcək – RƏY

Dünyada silah satışından əldə edilən gəlir 3,5 faiz azalıb

Britaniyanın müdafiə büdcəsində 21,4 milyard dollar kəsir aşkarlanıb

Külli miqdarda qaçaqmalın ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Ekspertlər: İqlim qərarları sayəsində neft-qaz hasilatı azalmayacaq

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub

Azərbaycan səfirliyi Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

Karate üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan qlobal istiləşməyə qarşı mübarizədə öhdəliklərinə sadiqdir ŞƏRH

Azərbaycan Dünya Taekvondosunun qala gecəsində təmsil olunub

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

“Time” jurnalı 2023-cü ilin 10 ən yaxşı filminin siyahısını tərtib edib

® "Baku Steel Company" QSC ekoloji layihələrini davam etdirir

Füzuli rayon sakini tapdığı avtomat silahı polisə təhvil verib

Ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Fərid Qayıbov Avropa Gimnastikasının konqresində xüsusi medal və mükafata layiq görülüb

Türk Dövlətlərinin Atletika Dərnəyi yaradılacaq

Payız əkin mövsümü başlayandan indiyədək 785 mindən çox ağac əkilib

Azərbaycanın həndbol millisi Avropa çempionatının hazırlığına başlayıb

Azərbaycanın voleybol hakimi beynəlxalq turnirə təyinat alıb

Əlyazmalar İnstitutunda mühafizə olunan 2302 nüsxənin elektron versiyası yaradılıb

XƏBƏRDARLIQ: Havanın temperaturu ötən günlərlə müqayisədə Bakıda 3-5, regionlarda 5-8 dərəcə aşağı enəcək

AMEA-nın Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kitab nəşr olunub

Azərbaycan Latviyada keçirilən xeyriyyə tədbirində təmsil olunub

Budapeşt dünyada ən yaxşı turizm istiqamətlərindən biri olaraq qalır

Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb

Yasamalda tapılan avtomat polisə təhvil verildi, tapança satmaq istəyən şəxs saxlanıldı

Lənkəranda 38 yaşlı kişi tikintidə hündürlükdən yıxılıb

İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair məsələlər müzakirə olunub

COP28 çərçivəsində “yaşıl” energetika üçün vacib olan faydalı qazıntıların idarə edilməsi üzrə komissiya yaradılıb

Milli Məclisdə Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı mövzusunda ictimai dinləmə keçiriləcək

“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra yenidən istismara qaytarılıb

Azərbaycanın daha bir paracüdoçusu Tokioda fəxri kürsüyə qalxıb

Udine İtaliyada insanların ən yaxşı yaşadığı şəhərdir

SOCAR ilin birinci yarısını 1,414 milyard manat xalis mənfəətlə başa vurub

Deputat: Gənclərimiz azad edilmiş ərazilərin bərpasında fəal iştirak edəcək

Rektor: İspaniyanın aparıcı memarları ilə görüşlərimiz və təcrübə mübadiləmiz olacaq

Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub

Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri beynəlxalq konqresdə iştirak ediblər

Laçında silah-sursat tapılıb VİDEO

DSX: Ötən ay ümumi dəyəri 5 milyondan çox olan qaçaqmal saxlanılıb

Cənubi Koreyada incəsənət əsərlərini saxlamaq üçün dünyada ən iri anbar tikiləcək

Ekspert: Qızılcadan qorunmaq üçün ən güclü müdafiə peyvənd olunmaqdır

Dubaydan olan idmançı yeni dünya rekorduna imza atıb

Azərbaycan millisinin kapitanı: Tarixi uğura imza atmağımız Avropada səs-küyə səbəb olub - MÜSAHİBƏ

Sahil Babayev: Bu il Peşələr Festivalında 55 mindən çox gəncə ixtisas seçimində dəstək veririk

DİM noyabr ayında göstərdiyi xidmətlərin statistikasını açıqlayıb

Politoloq: Ermənistanın Azərbaycanla sülh müzakirələri neoimperialist dairələri narahat edir

İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısının açılış mərasimi keçirilib

Peşələr Festivalının Bakıda yekun tədbiri olub

Azərbaycan paracüdoçuları Qran-pridə iki gümüş medal qazanıblar

Təkəlduz ustası: Bədii Tikmə Muzeyi yaratmaq istəyirəm

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tanzaniyada daşqın və torpaq sürüşməsi nəticəsində 47 nəfər ölüb

“SABAH” mərkəzlərinin rəhbərləri Radiasiya Problemləri İnstitutunda olublar

“Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türk Dünyasının Yumor Festivalı keçirilib

® Ziraat Bank Azərbaycan Bankkart ilə kredit və debet kartlarını tək kartda birləşdirdi!

Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon manat ayrılıb – SƏRƏNCAM

“Mərasim folkloru məsələləri” seriyasından II kitab çapdan çıxıb

FHN inşası aparılan yaşayış binası ilə bağlı sosial şəbəkələrdə yayımlanan videoya aydınlıq gətirib VİDEO

DİM xoreoqrafiya sənəti istiqaməti üzrə müəllim-ekspertləri əməkdaşlığa dəvət edir

Bu ilin on ayında Rusiyadan Türkiyəyə turist axını 26 faiz artıb

Meksika səfiri Azərbaycandan ölkəsinə səfər edən şəxslərə məsləhətlər verib

Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Akademik: Orfoqrafiya qaydaları daha çox ərəb dilindən alınan sözlərin yazılışında pozulur

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü bu ay istifadəyə veriləcək VİDEO

ÜST: İqlim dəyişmələri ilə bağlı səbəblər ucbatından hər il 250 min nəfər dünyasını dəyişəcək

Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş ciu-citsu turniri keçirilib

Kodeks Alimentariusun 60 illiyinə həsr olunan xususi jurnal nəşr olunub

“The Boys” filminin treyləri yayımlanıb

Nazir: Qızılca ilə bağlı hazırkı rəqəmlər pandemiya təhlükəsinin olmadığını göstərir VİDEO

ABŞ-ın Boliviyadakı sabiq səfiri həbs olunub

“AzInTelecom” mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliyin icrasına başlayır

Azərbaycan dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlib

Zəlzələ ilə bağlı Türkiyənin bütün əlaqədar qurumları səfərbər edilib

Lənkəran sakinlərindən "Kalaşnikov" avtomatı və 10 ədəd ov silahı götürülüb

ASA: Cari ildə sığorta yığımlarının ÜDM-dəki payı 1 faizi ötəcək - MÜSAHİBƏ

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında növbəti mərhələyə yüksəliblər

Bakının daha bir küçəsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

Sayalı Sadıqova: Xəbər saytlarında daha çox qrammatik normaların pozulması müşahidə olunur

Şəki-Zaqatala bölgəsinin təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb

Sumqayıt Tibb Mərkəzində ikigünlük körpə üzərində əməliyyat uğurla icra olunub

Tarix Muzeyinin yeni ekspozisiyasında unikal eksponatlar nümayiş edilir

Baş Prokurorluq: Respublikanın 5 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb

Obameyanq Samuel Etoonun rekordunu təkrarlayıb

Azərbaycanlı istehlakçılar Meksika mənşəli daha çox hansı məhsullara maraq göstərirlər – səfir açıqladı

Bakıda Cənubi Qafqazda mina probleminə həsr olunmuş dəyirmi masa keçirilir

Mərmərə dənizində zəlzələ olub

Bağdadda Azərbaycan ilə İraq arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq

Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı