SİYASƏT
ERMƏNİSTAN AZƏRBAYCANDA EKOLOJİ TARAZLIĞI POZUR
Deputat işğal edilmiş ərazilərdə Azərbaycan xalqının sərvəti olan meşələrin kütləvi surətdə qırıldığını, xammal kimi xarici ölkələrə daşındığını, Ermənistanın Azərbaycanda ekoloji tarazlığı pozduğunu bildirmişdir.
Ekologiya məsələsinə Azərbaycanda xüsusi diqqət göstərildiyini xatırladan Q.Paşayeva, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Hərəmiz bir ağac əkək” kampaniyası nəticəsində 100 mindən artıq ağacın əkilməsinə, yeni yaşıllıq massivlərinin salınmasına nail olunduğunu xüsusi vurğulamışdır.
Hazırda dünyanı narahat edən içməli su probleminin ekologiyanın əsas tərkib hissəsi olduğunu bildirən azərbaycanlı deputat, ölkəmizin içməli su ehtiyatlarının böyük bir qisminin Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdiyini və məkrli qonşu dövlətin illərdən bəri çaylara kimyəvi, bioloji və digər zəhərli tullantılar axıtdığını, bunun da insan orqanizmi üçün böyük fəsadlar törətdiyini qeyd etmişdir.
Sonda Qənirə Paşayeva işğalçı Ermənistanın özbaşınalıqlarına son qoymaq üçün Avropa Şurasını ciddi addımlar atmağa və öz səlahiyyətləri çərçivəsində tərbirlər görməyə çağırmışdır.