ERMƏNİSTAN ÖZÜ-ÖZÜNÜ TƏCRİD ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Parlamentinin deputatı Lado Papava Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dair rəsmi sənədlərin imzalanmasını alqışlamış, bununla da Gürcüstanın neft və qaz dəhlizi ölkəsi olmaqla yanaşı, həm də böyük nəqliyyat dəhlizi ölkəsinə çevrildiyini bildirmişdir.
Dəmir yolunun çəkilişi ilə regionun iqtisadi inkişafının daha da yüksələcəyini söyləyən L.Papava bu layihədən Ermənistanın özü-özünü təcrid etdiyini demiş, Cənubi Qafqazda ilk münaqişənin - Dağlıq Qarabağ münaqişəsinin də məhz Ermənistan tərəfindən başlandığını, özünü Rusiyanın forpostuna çevirdiyini vurğulamışdır.
Gürcü deputat ölkənin Samtsxe-Cavaxeti bölgəsində dəmir yolunun çəkilişi əleyhinə yerli ermənilərin keçirdikləri aksiyaya da münasibətini bildirmiş və onların buradan Rusiya hərbi bazalarının çıxarılması ilə əlaqədar qərar qəbul ediləndə də belə hay-küy qaldırdıqlarını xatırlatmışdır. Papava demişdir: “Burada yaşayan ermənilər, nəhayət, başa düşməlidirlər ki, bu bölgədən keçən hər bir xətt - neft və qaz kəmərləri də, dəmir yolu da onun sosial-iqtisadi inkişafına təkan verəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [15:51]
İtaliyada 10 minə yaxın məhbus azadlığa buraxıla bilər
- 16.07.2025 [15:36]
NASA “super-Yer” planeti kəşf edib
- 16.07.2025 [15:29]
İraqda yenidən qurulan Mosul beynəlxalq hava limanının açılışı olub
- 16.07.2025 [15:15]
Almaniya XİN: İrana qarşı sanksiyaların tətbiqi hələ də gündəmdədir
- 16.07.2025 [15:08]
İran Oman dənizində yanacaq daşıyan xarici tankeri ələ keçirib
- 16.07.2025 [14:50]