Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozmaqda davam edirlər VİDEO
Bakı, 4 mart (AZƏRTAC). Ermənistan ordusunun bölmələri martın 3-də və martın 4-də gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [18:44]
Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB
- 24.06.2025 [18:38]