SİYASƏT
Ermənistan silahlı qüvvələri cəbhənin bir neçə istiqamətində atəşkəsi pozmuşlar
Bakı, 17 yanvar (AZƏRTAC). Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 16-da saat 11:10-dan 11:20-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini, saat 10.30-dan 10.45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında, saat 09.50-dən 10.20-dək, 11.00-dan 11.15-dək və 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında, saat 10.30-dan 11.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən ordumuzun üzbəüz mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 16-da saat 20.00-dan 20.15-dək, yanvarın 17-də isə saat 02.00-dan 02.25-dək Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.