ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMAQDA DAVAM EDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 19-da saat 9.25-dən 23.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 11.25-dən mayın 20-si saat 3.25-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari və Mosesqex kəndləri sahəsindəki mövqelərindən Milli Ordumuzun Tovuz rayonunun Ağdam, Koxanəbi və Əlibəyli kəndləri sahəsində yerləşən mövqelərini, saat 18.15-dən mayın 20-si saat 3.40-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 18.45-dən 19.00-dək Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.30-dan mayın 20-si saat 00.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 21.30-dan 21.40-dək Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]