Ermənistanda etiraz aksiyasının iştirakçıları Gürcüstanla dəmir yolunu bağlayıblar
Bakı, 1 iyul, AZƏRTAC
Ermənistanda Alaverdi Misəritmə Kombinatının işdən çıxarılmış fəhlələri etiraz aksiyası keçirirlər. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, ağır sosial vəziyyətlə üzləşmiş insanlar Ermənistan-Gürcüstan dəmir yolunu bağlayıblar.
Misəritmə zavodunun sahibi olan “Valleks” şirkətlər qrupu işdən çıxarılan fəhlələrə iyun ayınadək maaşların ödəniləcəyi barədə vəd vermişdi. Lakin bu vədin yerinə yetirilmədiyini, habelə onların işdən qanunsuz çıxarıldığını iddia edən fəhlələr səhər saatlarına Gürcüstana gedən dəmir yolunu kəsiblər. Onlar problemin həll edilməsi üçün hökumətin məsələyə müdaxilə etməsini və maaşlarının ödənilməsini tələb edirlər. Hökumətdən etirazçıların tələblərinə cavab gəlməyib.
Alaverdi Misəritmə Kombinatı ötən ilin oktyabrında hökumətlə banklar arasında yaranan maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb. Təqribən 600 fəhlənin işlədiyi bu müəssisə sonradan xaricdə emal olunan mis yarımfabrikatlar istehsal edirdi. Bu məhsullar Ermənistan büdcəsinə gəlir gətirən on ixrac malları siyahısına daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]