Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın açılışı olub YENİLƏNİB-2 VİDEO

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransının açılışı olub.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş etdirilib.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platforma olduğunu bildirib.

O, Qərbi Azərbaycan İcması olaraq öz doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə apardığını deyib: "Təşkilatımız 1989-cu ildən fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir. Xüsusilə 2022-ci ilin dekabr ayında İcmamızı ziyarət edən Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırıb. Prezident İlham Əliyevin konfrans iştirakçılarına bugünkü müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir", - deyə Ə.Ələkbərli diqqətə çatdırıb.

O vurğulayıb ki, Ermənistan öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb.

"Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik", - deyə o vurğulayıb.

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxışında Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirərək deyib: "Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik. Silah alıb təkrar hazırlıq işləri görməyin, qonşu dövlətin torpaqlarına təkrar göz dikməyin bir faydası olmadığını hər kəs bilməlidir. 30 illik ədalətsizliyin ardından davamlı sülhün qurulmasının çətin olacağını bilirik. Ancaq Türkiyə olaraq, bölgədə sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanındayıq", - deyə M.Çavuşoğlu qeyd edib.

O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur, bu, torpaq deyil, insan haqları məsələsidir: "Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Həmçinin Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur. Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”.

Çıxışlardan sonra Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib. Sertifikatlar 10 ölkəni təmsil edən 16 nəfərə verilib.

Konfrans öz işini panel müzakirələrlə davam etdirib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın açılışı olub YENİLƏNİB-2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN-in Daxili Qoşunlarının ötənilki fəaliyyəti yüksək qiymətlənirilib

İstiqlal muzeyində sərgi - Qarabağ Azərbaycandır

Yunanıstanda turistləri zirzəmi və anbarlarda yerləşdirmək qadağan ediləcək

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

Donald Tusk: Baltik dənizinin təhlükəsizliyi gücləndirilməlidir

Bu il 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq

® Dünya çempionu Tarverdi Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş ənənəvi kütləvi qaçış

Estoniya müxalifəti Rusiya ilə sərhədin tam bağlanmasını istəyir

Əmrə Bələzoğlunun yeni iş yeri məlum olub

İsveç hökuməti mülki xidməti genişləndirməyi planlaşdırır

Prokuror köməkçisi vəzifəsinə təyin olunmuş gənc: Biliklərimi ölkəmin hüquq sisteminin inkişafına yönəldəcəyəm

Zelenski hərbi vəziyyət və səfərbərlik müddətinin uzadılmasına dair qanun layihələrini parlamentə göndərib

Bakı Almatının muzey işçiləri üçün ixtisasartırma mərkəzlərindən birinə çevrilib

Həkim-fizioterapevt: Fiziki aktiv uşaqlar bütün sahələrdə daha yüksək nəticələr əldə edir

Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi: Böyük fəxarət hissi keçirirəm

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Polis Nərimanovda əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 odlu silah aşkarlanıb VİDEO

Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul edib

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Gürcüstanın xarici ticarət dövriyyəsi 23 milyard dolları ötüb

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

AZAL-ın Gəncəyə yönləndirilən üç aviareysi Bakı hava limanına çatıb - YENİLƏNİB

Rusiyada Amur pələngi insan ölümünə səbəb olub

Ötən il dünyada satılan elektromobillərin yarıdan çoxu Çinin payına düşüb

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

STM Qərbi azərbaycanlılar arasında rəy sorğusu aparıb

Eksternat qaydada imtahan keçiriləcək

İtaliyada keçən il 17 minədək yeraltı təkan qeydə alınıb

İspaniyada Aİ üzvü olmayan ölkələrin vətəndaşlarından ev üçün 100 faizlik vergi tutulması təklif edilir

Almaniyanın müdafiə naziri Kiyevə səfər edib

“Sabah”ın hücumçusu: Keçmiş oyunlar barədə düşünmək yox, qarşıdakı matçlara köklənmək lazımdır – MÜSAHİBƏ

NBA-da daha altı oyun keçirilib

Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq

Bugünkü hərracda tələb 68,3 milyon dollar təşkil edib

Nazirlik “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına öz maarifləndirici stendi ilə qoşulub

Gürcüstan hava limanlarında rekord sayda sərnişin və uçuş qeydə alınıb

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə və İnsan hüquqları üzrə Ali Komissarına məktublar ünvanlayıb

Milli Qəhrəman Hökumə Əliyevanın həyatından bəhs edən film çəkiləcək

Cənubi Koreyada zəncirvari qəzalarda 100-dək avtomobil əzilib

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib

Burkina-Fasonun Prezidenti Makronu ittiham edib

Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib YENİLƏNİB - 2 VİDEO

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib

Livan Prezidenti Nəvaf Salamı Baş nazir təyin edib

Nobel mükafatı laureatları qlobal aclıq fəlakətinin qarşısını almağa çağırırlar

Ötən il Qəbələyə gələn xarici turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayıb

Los-Ancelesdə meşə yanğınları səbəbindən 92 min insan təxliyə edilib

Kaliforniyada meşə yanğınlarının vurduğu zərər 275 milyard dollara çatıb

AzMİU və Özbəkistan universitetləri arasında beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

Azərbaycan-Kosovo görüşünü idarə edəcək hakimlər açıqlanıb

Akademik: “Konstitusiya və Suverenlik İli” Azərbaycanın hərtərəfli inkişafında mühüm mərhələ olacaq

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

Ötən il 195-1 Çağrı Mərkəzinə 633 mindən çox müraciət olub

Balaca musiqiçilərin böyük uğuru

“Sumqayıt” klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib

Ermənistan hökuməti soydaşlarımızın Qərbi Azərbaycana təhlükəsiz qayıdışını təmin etməlidir ŞƏRH

Bərdədə 11 min hektardan çox sahədə taxıl səpilib

Xaçmaz məktəbliləri arasında keçirilən məntiq yarışının qalibləri mükafatlandırılıb

Ötən il 19 qadın əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub

Son beş ildə 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib

Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 32 mindən çox ağac əkilib

Xankəndinin nurlu gecələrindən FOTOLAR

AQTA çay və qənd məhsulları üzrə aparılan monitorinqlərin nəticəsini açıqlayıb

Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin yeni siyahısı təsdiqlənib

“Neftçi” fransalı futbolçu ilə vidalaşıb

UNICEF: Münaqişə zonalarında yaşayan uşaqların sayı artır

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb VİDEO

Gəncədə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

İstanbulda 11 milyondan çox narkotik həb ələ keçirilib

Azərbaycan klubu macarıstanlı voleybolçunu transfer edib

Qədir Xəlilov: Ümumilikdə 60-a yaxın gəncin qış düşərgəsində iştirakı sevindirici haldır

Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət edib VİDEO

Baş prokuror: Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpa edilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir

Ötən ildən peşə təhsilində adambaşı maliyyələşmə mexanizminin tətbiqinə başlanılıb

İsveç müdafiə qabiliyyətini dron dəstəsi vasitəsilə gücləndirir

İspaniya Kral Futbol Federasiyası “Real Madrid”in apellyasiya şikayətini rədd edib

Cənubi Koreya Prezidentinin impiçmenti ilə əlaqədar ilk məhkəmə dinləməsi keçirilib

Ceyhun Kərəmov: Ağdam, Qubadlı və Zəngilanda peşə təhsili müəssisələrinin layihələndirilməsi ilin ortasında tamamlanacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru tədris proqramlarının yenilənməsinin vacibliyindən danışıb

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub VİDEO

Qazaxıstan polisi girovların azad edilməsi əməliyyatı keçirib

Ceyhun Kərəmov: Peşə təhsili iqtisadiyyat üçün ixtisaslı kadrların hazırlanmasına yönəlib

Peşə təhsilinin gücləndirilməsi ölkənin davamlı inkişafı üçün əsas şərtlərdəndir

Kaliforniya ştatının idman klubları yanğın fəsadlarının aradan qaldırılmasına 8 milyon dollar ayıracaq

Lirik-psixoloji teatr məktəbinin yaradıcısı – Tofiq Kazımov

Corat qəsəbəsində silah-sursat aşkarlanıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 84 dolları ötüb

DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

Azərbaycan beynəlxalq fənn olimpiadasında iki komanda ilə təmsil olunur

Fransada ədliyyə nazirinin fikri mütəxəssislər tərəfindən tənqid olunub

Zaqatalada 30 yaşlı qadın dəm qazından ölüb

Alimlər insanın qocalma prosesinin iki əsas mərhələsini müəyyən ediblər - TƏDQİQAT

Bayden: İsraillə HƏMAS atəşkəs sazişini imzalamağın astanasındadır

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB

Juninyo: “Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm