Ermənistanın hakim partiyası baş nazir postuna namizəd irəli sürməyəcək
Bakı, 28 aprel, AZƏRTAC
Ermənistanın hakim Respublika partiyası ölkənin baş naziri postuna öz namizədini irəli sürməyəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti spikerinin müavini, partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
“Biz baş nazir postuna namizəd irəli sürməmək barədə qərar qəbul etmişik, lakin fraksiya yekdilliklə səs verəcək”, - deyə Şarmazanov qeyd edib.
Xatırladaq ki, aprelin 13-dən başlayaraq müxalifət Yerevanda və Ermənistanın digər iri şəhərlərində mitinqlər keçirilir. Əvvəlcə onların məqsədi sabiq prezident Serj Sarkisyanın baş nazir postuna təyin olunmasına imkan verməmək idi. Nəticədə Sarkisyan seçildikdən bir neçə gün sonra - aprelin 23-də bu postu tərk etmək məcburiyyətində qaldı. Lakin aksiyalar hələ də davam edir.
Hökumətə yeni tələblər irəli sürən etiraz aksiyasının lideri deputat Nikol Paşinyanın sözlərinə görə, Karen Karapetyan hakim partiyanın nümayəndəsi kimi hökumətə rəhbərlik etməməlidir və o özü xalqın iradəsi ilə baş nazir olmağa hazırdır.
Xatırladaq ki, Ermənistanın baş naziri parlamentin mayın 1-də keçiriləcək xüsusi iclasda seçiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]