ƏRZAQ TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 29-da “Excelsior” mehmanxanasında BMT-nin Dünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Ailə təsərrüfatı səviyyəsində ərzaq təhlükəsizliyi və ərzaq məhsulları qiymətlərinin artımı” mövzusunda seminar keçiriləcəkdir.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Bruno Pueza, BMT-nin Dünya Ərzaq Proqramının Azərbaycan üzrə direktoru xanım Lin Miller iştirak edəcəklər.
Seminarda “Fövqəladə Ərzaq Təhlükəsizliyi Qiymətləndirilməsinin metodologiyası”, “Ərzaq məhsulları qiymətlərinin artımı” və s. mövzularda məruzələr dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]