“ƏSA” “Adamlar və siçanlar”ı yeni interpretasiyada təqdim edib
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da “ƏSA” Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə “Adamlar və siçanlar”ı təqdim edib.
AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişindən öncə “ƏSA” teatrının baş meneceri Nicat Qulamzadə səhnə əsəri ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Tamaşaçılar “ƏSA” Teatrının repertuarında olan “Adamlar və siçanlar” tamaşasını hər zaman maraqla izləyiblər. İnklüziv teatr kimi repertuarımızda çoxsaylı böyük tamaşalar olsa da, istər Bakıda, istərsə də Naxçıvanda tamaşaçılar Con Steynbekin “Adamlar və siçanlar” tamaşasına xüsusi maraq göstərirlər. Teatrımız hər nümayişində tamaşaya modern üslub baxımından yeniliklər edir. Məsəl üçün, teatr tarixində ilk dəfə səhnədə canlı nümayiş zamanı film effekti olan “flash back” effektləri məhz, bu tamaşada olması ilə teatr tarixinə düşüb. Təkcə sıravi tamaşaçılar deyil, peşəkar teatr mütəxəssisləri də bu yenilik haqqında yüksək fikirlər bildiriblər”.
Sonra tamaşa nümayiş olunub. Bu dəfə səhnə əsəri yeni interpretasiyada göstərilib. Məqsəd modern dünya trendlərini yerli auditoriyaya çatdırmaqla yanaşı, inklüziv incəsənətin sərhədsiz olduğunu göstərməkdir. Bu dəfə isə tamaşanın qəhrəmanları öz azadlıqları naminə fermadan qaçmağı planlaşdırırlar. Tamaşanın zəngin səhnə dekorasiyası, iştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]