Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Esen Usubəliyev: Qarabağ Bəyannaməsi bütün Türk dünyasında layihələrin inkişafı üçün ciddi təkan olacaq  MÜSAHİBƏ

Esen Usubəliyev: Qarabağ Bəyannaməsi bütün Türk dünyasında layihələrin inkişafı üçün ciddi təkan olacaq   MÜSAHİBƏ

Bakı, 9 iyul, AZƏRTAC

“Bizim başqa ailəmiz yoxdur. Bizim ailə Türk dünyasıdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi bu fikirlər ölkəmizin geniş coğrafiyaya malik Türk dünyasının birliyinin möhkəmləndirilməsinə və inkişafına verdiyi önəmi nümayiş etdirir.

Bu ay ölkəmiz Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirak edib. Belə ki, Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Ölkəmiz ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin başçıları isə ilk dəfə qeyri-rəsmi Zirvə toplantısına toplaşıblar. Təkcə rəsmi deyil, həm də qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən amil kimi qiymətləndirilməlidir. Əminliklə demək olar ki, Şuşa Sammiti Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın və inteqrasiyanın daha da gücləndirilməsi, həmçinin bu ölkələri əhatə edən mühüm məsələlərin müzakirəsi üçün mühüm platformaya çevriləcək.

Qırğız ekspert, Siyasi Araşdırmalar İnstitutunun direktoru Esen Usubəliyev mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb:

- Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edib. Bu səfərin nəticələrini necə qiymətləndirirsiniz və səfər ikitərəfli iqtisadi əlaqələrin inkişafına necə təsir göstərəcək?

- Bu səfər həm ikitərəfli əsasda, həm də regional təşəbbüslər, o cümlədən Türk Dövlətləri Təşkilatları çərçivəsində Azərbaycan və Qırğızıstan arasında uğurlu, inkişaf edən münasibətlər kontekstində nəzərdən keçirilməlidir. İkitərəfli səviyyədə, son iki ildə dövlət başçıları dəfələrlə qarşılıqlı səfərlər edib, həmçinin müxtəlif beynəlxalq platformalarda görüşüblər. Ölkələr arasında münasibətlər müsbət inkişaf edib. Son zamanlar ölkələr arasında ticarət əhəmiyyətli dərəcədə artıb, investisiyalar sahəsində də dialoq intensivləşib.

Aydındır ki, Qırğızıstanın Azərbaycan üçün, Azərbaycanın isə Qırğızıstan üçün əhəmiyyəti son illərdə sürətlə artıb. Çünki bu, ilk növbədə, hər iki ölkənin hazırda yeni nəqliyyat sisteminin - Orta Dəhlizin əsas iştirakçıları kimi çıxış etməsi ilə bağlıdır. Təbii ki, iki ölkə arasında əlaqələr bundan sonra da intensivləşəcək. Bu səfər Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin davamı kimi qiymətləndirilməlidir.

-Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalandı. Bu sənəd Türk Dövlətləri Təşkilatının fəaliyyətinə necə töhfə verəcək? TDT bu gün hansı problemlərlə üzləşir?

- Qarabağ Bəyannaməsinin Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün əhəmiyyətindən danışarkən başa düşmək lazımdır ki, prinsipcə, son 10 ildə türk inteqrasiyasının inkişafının əsas məqamları Azərbaycanla bağlı olub. Bura 2009-cu ildə türk ölkələri daxilində inteqrasiyanın daha fəal inkişafını göstərən Naxçıvan sammiti də daxildir. Beləliklə, indi Şuşada keçirilən TDT-nin Zirvə görüşünün qeyri-rəsmi xarakter daşımasına baxmayaraq, bu bəyannamənin imzalanması türk inteqrasiyasının gələcək inkişafı üçün ciddi istiqamətləri müəyyən edə bilər. Bu, xüsusilə, maliyyə, nəqliyyat, iqtisadi, müdafiə, sənaye, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa şamil olunur.

Amma bu, ilk növbədə, bütün Türk dünyasında ticarət dəhlizlərinə və ticarət əlaqələrinin inkişafına aiddir. Təbii ki, bu cür sənədlər Türk dünyasının geniş coğrafiyasında əməkdaşlığın daha da inkişafı üçün möhkəm hüquqi baza yaradır. Bütün qitədən keçən və Çini, Mərkəzi Asiyanı, Yaxın Şərqi və Avropanı birləşdirən ticarət yolları, xüsusən də dəmir yolu nəqliyyatı, avtomobil nəqliyyatı türk ölkələrinin əsas rol oynayacağı gələcəyin ciddi arteriyasına çevrilə bilər. Ona görə də bu sammitin qeyri-rəsmi olmasına baxmayaraq, Qarabağ Bəyannaməsi bütün Türk dünyasında nəqliyyat, iqtisadi, ticarət və investisiya layihələrinin daha da inkişafı üçün ciddi praktiki məna kəsb edir. Eyni zamanda, başa düşməliyik ki, Türk dünyasının bütün ölkələrində eyni vaxtda inkişafa yönəlmiş bu proseslər indi məhz TDT çərçivəsində sinxronlaşdırılır. Bu isə ümid verir ki, yaxın gələcəkdə məhz Türk dünyası ölkələri bütün Avrasiya qitəsinin iqtisadi inkişafı sahəsində lider ola bilərlər.

-Prezident Sadır Japarov qeyd etdi ki, enerji sektorunda, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində tərəfdaşlıq bu gün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Qırğızıstan arasında bu istiqamətdə əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Hazırda Qırğızıstan yaşıl enerjinin inkişafına xüsusi önəm verir. Bunu nəzərə alaraq hesab edirəm ki, Qırğızıstanla Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivləri var. Hər iki ölkənin bu sahədə təcrübə mübadiləsi aparması və ya bu sahədə bir-birinə yardım göstərməsi bütün Türk dünyasında yeni enerji əlaqələrinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edə bilər.

Eyni zamanda, başa düşmək lazımdır ki, həm Qırğızıstan, həm də Azərbaycan bu sahədə əməkdaşlığın, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Hesab edirəm ki, Azərbaycanın Türk dünyasının enerji nəhənglərindən biri kimi mövqeyi yaxın gələcəkdə bu əməkdaşlığın inkişafına töhfə verə bilər.

- Ölkələrimizin ŞƏT çərçivəsində əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Son zamanlar Şanxay Əməkdaşlıq Təşkilatı ticarət, iqtisadi və maliyyə xarakterli məsələləri ŞƏT məkanında prioritet inkişaf sahələri kimi kifayət qədər aydın şəkildə müəyyən edib. Odur ki, nəqliyyat sisteminin inkişafı, xüsusən də Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ŞƏT əməkdaşlıq çərçivəsində əsas istiqamətlərdən biridir.

Burada regional beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı çox mühüm element yaranır. Yəni, indi Şanxay Əməkdaşlıq Təşkilatı və bu təşkilatın əhatə etdiyi məkan xüsusən də nəqliyyat layihələrinin inkişafı üçün ən sabit və ən əlverişli məkanlardan biri hesab olunur. Ona görə də Azərbaycanın bu proseslərə qoşulması kifayət qədər məntiqli addım və gözlənilən siyasətdir. Yaxın gələcəkdə Azərbaycanın bu və ya digər dərəcədə Şanxay Əməkdaşlıq Regionu çərçivəsində nəqliyyat layihələri ilə bağlı məsələlərin müzakirəsinə cəlb olunacağı göz qabağındadır.

Eyni zamanda, ŞƏT-in mühüm xüsusiyyəti onun açıq təşkilat olmasıdır. Hətta ŞƏT çərçivəsində bəzi layihələr həyata keçirilsə belə, bu o demək deyil ki, Şanxay təşkilatına üzv olmayan digər ölkələr burada iştirak edə bilməz və etməyəcək. Çünki indi ŞƏT ölkələri, eləcə də ŞƏT-ə üzv olmayan ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər sıxlaşdırılır. Eyni zamanda, Şanxay əməkdaşlığı ölkələrinin, xüsusən də Mərkəzi Asiyada yerləşən ölkələrin türk inteqrasiyası çərçivəsində Azərbaycanla əlaqələri var, ona görə də müxtəlif əməkdaşlıq və inteqrasiya prosesləri bu layihənin inkişafına heç də mane olmur.

- Azərbaycan və Qırğızıstanın TDT-də iştirakı hansı perspektivlər vəd edir?

-Hər iki tərəf indi bu təşkilat çərçivəsində iqtisadi, siyasi və mədəni proseslərin inkişafından qarşılıqlı fayda əldə edir. Hazırda Orta Dəhliz layihəsi çərçivəsində formalaşmaqda olan geosiyasi, ticarət-iqtisadi və nəqliyyat əlaqələri baxımından Azərbaycan və Qırğızıstan türk məkanında mühüm oyunçulardır. Ona görə də bu iki ölkənin - Qırğızıstan və Azərbaycanın əhəmiyyətini qiymətləndirmək lazımdır. Bakı və Bişkek bir çox nəqliyyat və iqtisadi layihələrin inkişafı baxımından əsas ölkələrdir. Birincisi, ona görə ki, Azərbaycan bütün Orta Asiyanın və Türk dünyasının bu hissəsinin Avropaya açılan qapısıdır. Qırğızıstan isə Türk dünyasını Çinlə birləşdirən və nəqliyyat layihəsinin məhz bu hissəsini istiqamətləndirən və həyata keçirən körpüdür. Bu, praktiki məsələlərə aiddir.

Azərbaycan və Qırğızıstan üçün bəzi digər perspektivlər və üstünlüklərdən danışarkən hesab edirəm ki, gələcəkdə hər iki ölkə mədəni, siyasi və iqtisadi inkişaf baxımından bir-biri üçün xüsusi maraq kəsb edə bilər. Eyni zamanda, əlverişli mühiti nəzərə alsaq, Qırğızıstanı Azərbaycanın gələcəkdə Mərkəzi Asiyada regional siyasətinin mühüm elementlərindən biri hesab etmək olar. Biz bunu həm TDT çərçivəsində, həm də Azərbaycanın Mərkəzi Asiya daxilində bəzi yeni təşəbbüsləri çərçivəsində nəzərdən keçirə bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib

Saymon Stil: Gənclərin səsi çox eşidilərsə, iqlim dəyişmələri ilə mübarizə fəaliyyəti də bir o qədər sürətlənər

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda meşələrin dövlət uçotu və kadastrı aparılır

Samir Abasov: “Fehervar” çətin komandadır

Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir VİDEO

Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda

Qəbələ rayonundakı Tikanlıçaydan sel keçir

Azərbaycan basketbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Slovakiya klubunun baş məşqçisi: “Zirə”nin taktiki hazırlığı yüksək səviyyədədir

“Dunayska Ştreda”nın futbolçusu: “Zirə” keyfiyyətli komandadır

AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır

İmişlidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyəti ilə tanış olub

Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “Heydər” məscidində olub

Naxçıvan Muxtar Respublikasında daha bir xidmət mərkəzi istifadəyə verilib

Qarabağ Universitetinin rektoru yüksək bal toplayan abituriyentlər ilə görüşüb

Azərbaycan və Qırğızıstanın prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələri genişləndiriləcək

Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti

Taxıl biçini ilə bağlı müsabiqə elan edilib

"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masa keçirilib

Rəşad Sadıqov: "Dunayska Ştreda” "Şerif"dən fərqli olaraq, təşkilatlanmış komandadır

“SAY: İRSİMİZ” layihəsinə start verilir

Dörd il ərzində Ayasofyanı 25 milyon insan ziyarət edib

Baş Prokurorluq informasiya portalına rəsmi xəbərdarlıq edib

Özbəkistanda qaz hasilatı azalmaqda davam edir

İtaliyada meşə yanğını: 1200 turist təxliyə edilib

Erməni ifaçının bəstəkar Bəhram Nəsibovun müəllif hüquqlarını pozması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb - birgə məlumat

Türkiyənin təhsil naziri ölkədəki 12 fransız məktəbinin fəaliyyətini tənqid edib

Azərbaycanın xarici işlər naziri İsrail Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti AQTİ-də olub

Nehrəmdə su təminatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işi başa çatıb

Deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb

Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib

Bakıda Mıkola Miroşnıçenko və Abbas Abdullaya həsr olunmuş ədəbi-bədii axşam keçiriləcək

Astanada Ümumdünya Köçəri Oyunları keçiriləcək

Niderlandda qaçqınlara çəkilən xərclər bir milyard avrodan çox artıb

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib

Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib VİDEO

® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin ikinci rübünü uğurla başa vurub

DSX: Sərhəd pozucuları tərəfindən iki sərhədçinin həyatına qəsd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Mətanət Məhərrəmova: Xalçaların sirlərini və sehrini qoruyan ipləri və naxışları sevirəm

Psixoloq: Anasız uşaq şəxsiyyət kimi formalaşmaqda çətinlik çəkir, atasız uşaq isə assosial olur

Bərdə və Tərtərdə istismarına icazə verilən bir sıra obyektlərin çıxarışları sahibkarlara təqdim olunub VİDEO

Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

YAP Sədrinin müavini ilə MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Psixoterapevt: Valideynlər özlərinin gerçəkləşdirə bilmədikləri arzularını övladlarından gözləməməlidirlər

Bu il 4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi son 3 ayda uğurlu layihələrə imza atıb

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi anılıb

Goranboyda avtomobillə adam öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Ərdoğan: Türkiyə dünyada dostlarının sayını artırmağa çalışır

Gülnar Seyidli: Zəif tərəfləri qəbul etmək bacarığı güclülük əlamətidir

Azərbaycanın paralimpiya çempionları üçün Prezidentin xüsusi paralimpiya təqaüdü təsis edilib

Almaniyada parlament seçkiləri 2025-ci ilin sentyabrında keçiriləcək

Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

DOST Agentliyində Moldova nümayəndə heyəti ilə görüş olub

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Köln aeroportu iqlim fəallarının etiraz aksiyasından sonra uçuşları bərpa edib

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qlobal istiləşmə: planetimizdə oksigen qıtlığı sürətlə artır – tədqiqat

Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək

Mənzildən 3000 manat oğurlayan şəxs saxlanılıb

BMU rektoru Koreyada yay məktəbində iştirak edəcək tələbələrlə görüşüb

Türkiyə süni intellekt üzrə milli strategiyasını yeniləyib

2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi ölkə açıqlanıb

DİM jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

“Barselona”nın futbolçusu sıradan çıxıb

Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirəcək yolun təmiri başa çatır

N.X.Hacıyevin “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Viza liberallaşması fonunda Ermənistanın demoqrafik böhranı və Avropanın məqsədləri - RƏY

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir

Ersin Tatar: Prezident İlham Əliyev Şimali Kiprə münasibətdə siyasi rəşadət nümayiş etdirdi

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndə heyəti ilə görüş keçirilib

Ramilia Əliyeva: Qısa müddət ərzində Azərbaycan bir çox böyük dövlətlərin edə bilmədiklərini bacarıb

Yeni layihəmi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etmişəm – istedadlı pianoçu

Türkiyədəki “Kültürel Azerbaycan” jurnalının xüsusi buraxılışı Füzuli irsinə həsr olunacaq

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində BƏT-lə birgə seminar keçirilir

İrakli Kobaxidze: Oktyabrda keçiriləcək parlament seçkiləri həm də müharibə və sülh partiyaları arasında referendum olacaq

Şuşa Forumunda Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün bərqərar olması üçün əzmini bütün dünyaya bəyan etdi - ŞƏRH

SOCAR rəhbərliyi Sumqayıtda emal müəssisələrində olub

“Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb

Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub VİDEO

Litva ABŞ-dan “Javelin” üçün 6,5 milyon avroluq raket partiyası alıb

Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək

Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə proqramı” çərçivəsində üçgünlük təlimlər təşkil olunacaq

Pekin Kiyevdən Çin vətəndaşlarının təhlükəsizliyini təmin etməyi xahiş edib

Macarıstan klubunun Sumqayıtdakı mətbuat konfransı və açıq məşqi ləğv olunub

Sabah ölkə ərazisində hava yağıntılı olacaq