Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əslən Qərbi Azərbaycandan olan yazıçının ailəsindən qalan kədər dolu xatirələr

Əslən Qərbi Azərbaycandan olan yazıçının ailəsindən qalan kədər dolu xatirələr

İstanbul, 12 iyun, Günel Karatepe, AZƏRTAC

İndiki Ermənistanın əsrlər boyu xalqımıza, ümumiyyətlə “türkəm” deyən hər kəsə qarşı görünməmiş işgəncələr edən ermənilər və onların havadarları tərəfindən qədim Azərbaycan torpaqlarında qurulması tarixi həqiqətdir. Yüz minlərlə soydaşımızın bu ərazilərdən deportasiyası, vəhşicəsinə qətlə yetirilməsi isə onların Türk dünyasını parçalamaq, millətimizi yox etmək siyasətinin bir parçasıdır. Ermənilər buna görə məsuliyyət daşımayacaqlarını düşünürdülər. Lakin tarix öz sözünü dedi. Azərbaycan Prezidenti dəmir yumruğunu qaldıraraq onlara layiq olduqları yeri göstərdi, Azərbaycanın qəhrəman oğulları Vətən üçün nəyə qadir olduqlarını göstərdilər. Bəli, indi başqa zamandır: artıq nə dünya, nə də Azərbaycan əvvəlki kimi deyil. Zaman çox şeyi unutdura bilər, lakin bir millətin Vətən sevgisini, qardaş-bacıların nahaq tökülən qanını unutmaq əsla mümkün deyil.

Məncə, həyatdakı hər uğurun arxasında güclü inam dayanır. Azərbaycanı da bu inama söykənərək ölkəmizin haqq davasında liderlik edən, çoxlarına örnək olan Prezident İlham Əliyev Zəfərə apardı. Məhz onun böyük inamla “Biz qayıdacağıq” deməsi Azərbaycanın 44 günlük qəhrəmanlıq dastanının təməlini atdı. Artıq azərbaycanlılar Qarabağa, elimizə-obamıza qayıdırlar. İndi bizim əsas vəzifəmiz Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Bu fikirləri AZƏRTAC-a əslən Qərbi Azərbaycandan olan, İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, İğdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar söyləyib.

Qərbi Azərbaycandan olan hər kəsin öz ata-babalarının doğma torpaqlarında gördüyü işgəncələri danışmasının zəruriliyini vurğulayan Zakir Ziya öz ailəsinin də ermənilər tərəfindən işgəncələrə məruz qalaraq, yurd-yuvasından didərgin salındığını bildirib.

Hazırda Türkiyənin İğdır vilayətində yaşayan yazıçı ailəsi ilə bağlı xatirələrini bizimlə bölüşərək deyib: “Babam İrəvanın Canfida kəndində doğulub, orada da boya-başa çatıb. Hər zaman kəndlərindən ağızdolusu danışardı. Deyərdi ki, toylarımız da, yaslarımız da birlikdə keçərdi. Lakin bütün bunlar 1919-cu ilə qədər davam edib, sonra isə babamın həyat hekayəsinin ən çətin dövrü başlayıb. Soyuq bir qış axşamı qonşular onu həyətə çağırır və gözü dönən ermənilərin çirkin planlarından xəbərdar olduqlarını deyirlər. Qadınların və uşaqların təcili olaraq kənddən çıxarılmasına qərar verilir və onları səhərə yaxın atla Araz çayından keçirən kişilər kəndə qayıdıblar. Kəndin girişində ermənilər onlara hücum çəkiblər. Ölü-diri demədən hamını dərin bir quyuya atıblar. Ağır yaralanan babam bütün bu vəhşiliyi öz gözü ilə görüb. O, bu hadisəni danışanda gözündə yaşadıqlarının izini görmək çətin deyildi. Bütün gün quyuya yeni cəsədlər atılıb. Ermənilər getdikdən sonra isə babam quyudan birtəhər çıxa bilib. Sonra yaralı halda Araz çayını keçərək xilas olub. Təsəvvür edirsiniz, bu nə deməkdir? Həmin günədək bir yerdə gülüb-ağladığın insanlar vəhşicəsinə öldürülür, sən isə onların bədənləri üzərindən adlayaraq canını qurtarmağa çalışırsan...”

Babasının hər dəfə orada yaşadıqlarını hönkürüb ağlayaraq danışdığını xatırlayan Ziya Zakir yaxın qohumlarının yaşadıqları bu çətinlikləri, əzab-əziyyəti, ermənilərdən gördükləri işgəncələri və xəyanəti yazdığı “İçimdəki acı” və “Görənlərin gözü ilə İğdırda erməni qətliamı” kitabında əks etdirib.

“İçimdəki acı” hekayə kitabının qəhrəmanı müsahibimizin atasının əmisidir. O, erməni vəhşiliyindən qaça bilsə də, yolda anasından və digər doğmalarından ayrı düşüb. Bir müddət çətin həyat keçirən bu insan sonra təkbaşına Türkiyənin Amasya vilayətinə gəlib. O vaxtlar Kazım Karabəkir Paşa qaçaqaçda valideynlərini itirən uşaqlara sahib çıxırmış. Onları himayəsinə alaraq öz övladları kimi böyüdüb. Ziya Zakirin atasının əmisi oğlu da həmin uşaqlardan biri olub və illər sonra qəzetdə elan verərək doğmalarını tapa bilib.

Ziya Zakir Acar söhbətinə davam edərək deyib: “Uydurduqları və dünyanın da inanmasını istədikləri “böyük Ermənistan” xülyası ən böyük zərbəni ilk növbədə ermənilərə vurub. İki əsr boyu terror və qan bataqlığına sürüklənmək, on minlərlə insanın canına, taleyinə son verməklə üzləşmək özü-özlüyündə ən böyük cəzadır və buna da ermənilər özləri özlərini məhkum ediblər. Tarix boyu ermənilər bu xülya uğrunda soyqırımı siyasətini davam etdiriblər. Elə indi Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında da xalqımız dəfələrlə soyqırımına məruz qalıb. İrəvanın ermənilərə güzəştə gedilməsi ilə ərazilərimizə yiyələnməyə başlayan ermənilər tərəfindən törədilən bu hücumlar, etnik təmizləmələr, deportasiyalar daha qabarıq hal alıb. Fikrimcə, torpaqlarımızın onlara verilməsi tariximizin ən böyük səhvidir. Bunun nəticəsidir ki, ermənilər hələ də öz xislətlərindən əl çəkə bilmirlər. Bu gün bizim öz ata-baba yurdlarımıza gedə bilməməyimiz bunun ən böyük sübutudur.

Ziya Zakir “Şahidlərin gözü ilə İğdırda ermənilərin törətdiyi soyqırımı”, “Can Araz”, “Türkiyədə yaşayan azərbaycanlılar”, “Araz Türk Cümhuriyyəti”, “Azərbaycan xalq mahnıları” kimi iyirmidən artıq kitabın müəllifidir. Onun əsərlərinin çoxunda erməni vəhşilikləri şahidlərin dili ilə qələmə alınıb.

Babasının ona anlatdığı tarixi yerləri ziyarət etmək üçün 1986-cı ildə Canfidan kəndinə gedən Ziya Zakir o yerlərdən heç bir əsər-əlamətin qalmadığını görüb. Hətta doğmalarının məzarlarının yerində fabrik tikilib. Bu məzarların yerini soruşduqda isə traktorla dağıdıldığını öyrənib: “Mənfur düşmən Qərbi Azərbaycanda bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib. Onlar bununla bizim tarixi irsimi silmək istəyiblər. Lakin bu torpağın əzəli və əbədi sahibləri olan azərbaycanlıların izini nəsillərin qan yaddaşından, tarixi sənədlərdən, xəritələrdən silmək mümkün deyil”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Səbail" mərakeşli hücumçunu transfer edib

Avro-2024: İspaniya final oyununda hesabı açıb YENİLƏNİB - 3

Bayden: Trampla danışıq yaxşı keçdi

Paris hava limanının əməkdaşları Olimpiada ərəfəsində tətil edəcəklər

Azərbaycanın qızlardan ibarət basketbol yığması ardıcıl ikinci dəfə Avropa çempionu olub

On üç yaşlı uşaq Nabranda hovuzda boğulub

Avro-2024: Final oyunu üçün start heyətləri açıqlanıb

Netanyahu ABŞ-a səfəri zamanı Baydenlə görüşəcək

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 30 milyard dollara çatdırılması nəzərdə tutulur

Amerika Kuboku: Bu gecə çempion məlum olacaq

Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb

Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə 8 medal qazanıblar

Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib

İngilislərin Londonda Avropa çempionatı coşğusu - FOTOLAR

Vitse-prezident: Türkiyə demokratiyaya hücumların əleyhinədir

Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var

Zelenski: Ukrayna daha üç ölkə ilə təhlükəsizlik zəmanəti imzalayacaq

Avropa çempionatı: Azərbaycan basketbol millisi İrlandiyaya uduzub

Qaxda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb VİDEO

Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır

Azərbaycanın Milli qəhrəmanları Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edilib VİDEO

Teylor Sviftin Milan konserti izdihamlı keçib

Nazir: Türkiyə enerji asılılığını minimuma endirməyi hədəfləyir

İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Əlli beş il əvvəl başlayan Heydər Əliyev yolu ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına yüksəltməkdədir

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib

DİM təsviri sənət üzrə qabiliyyət imtahanlarına qatılan abituriyentlərə müraciət edib

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb

DİN və DSX birgə əməliyyat keçirib, 6 kiloqram marixuana, 1800 ədəd metadon həbi dövriyyədən çıxarılıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Türkiyə XİN: Trampa qarşı törədilən sui-qəsd cəhdi həm də xalqın iradəsinə hücumdur

Avropa Universitet Oyunları: İdman Akademiyasının futzal komandası dörddəbir finalda

Türkiyə Prezidenti: Trampa qarşı sui-qəsdin təhqiqatının ən effektiv şəkildə aparılacağına inanıram

Çin Yay Olimpiya Oyunlarına 405 atletlə qatılacaq

Bakı Hərbi Kollecində “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib

Avropa çempionatı: Azərbaycan basketbol millisi İrlandiya ilə qarşılaşacaq

FHN: Kür çayında batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir VİDEO

Amerika Kuboku: Uruqvay millisi üçüncü yeri tutub

“Sirun jan” mahnısının bir sıra yutub səhifələrində silinməsinə nail olunub, işlər davam etdirilir

Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanın qızlardan ibarət basketbol yığması Avropa çempionatında final oyununa çıxacaq

Qardaşlığın yeni erası: Getdikcə möhkəmlənən Azərbaycan-Pakistan münasibətləri - ŞƏRH

Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

Prezident İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

İsti havada ehtiyatla qəbul edilməli olan dərmanlar açıqlanıb

Azərbaycanın tərəqqi və Zəfər yolunun başlandığı tarix - 14 iyul 1969-cu il

Oxşar taleli qəhrəmanlar: Polad Həşimov və İlqar Mirzəyev

Neftçalada Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü ilə bağlı tədbir keçirilib

DİM: 2500-dən çox namizədin peşəkar mühasib sertifikatı imtahanı verməsi gözlənilir

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Azərbaycanlı restorançılar Malayziyada keçirilən Dünya Kulinariya Müsabiqəsində parlaq çıxış ediblər

Türkiyəli nazir: FETÖ terrorçularının 40 faizi ABŞ və Almaniyadadır

Trampa qarşı sui-qəsd zamanı iki nəfər ölüb

Daşkənddə ikinci qastronomik küçə salınacaq

ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd olub

Britaniyalı rejissor yazıçı Emili Brontenin məşhur romanını ekranlaşdıracaq

Fransanın idman naziri dalğıc geyimində Sena çayında çimib

Hindistan Ermənistana “SSS Defence” şirkətinin snayper tüfənglərini satır

ABŞ Dövlət katibinin müavini Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

Bu il Türkiyədə son 53 ilin ən isti iyun ayı qeydə alınıb

Sabirabadda gənc qız su kanalında boğularaq ölüb

“Sumqayıt” heyətinə yeni hücumçu qatıb

Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Türkiyəli deputat: Azərbaycanın Zəfəri Türk dünyasında birlik mühitini möhkəmləndirib

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş konsert keçirilib

Türkiyədə 15 iyul qəhrəmanlarının xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçiriləcək

Özbəkistanda ilk dəfə “yaşıl” şəhərlərin reytinqi tərtib edilib

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

“Beşiktaş” tanınmış hücumçunun transferini açıqlayıb

Avropa Universitet Oyunları: Azərbaycan şahmatçıları blits yarışlarında gümüş medal qazanıblar

Fərid Qayıbov Avropa Gimnastikasının tədbirində çıxış edib

Xorvatiyalı qapıçı: “Qarabağ” karyeram üçün mükəmməl klubdur

BMT: Dünya əhalisinin sayı 2080-ci ilə qədər pik həddə çatacaq

İslamabad məhkəməsi İmran Xan barəsində hökmü ləğv edib

“14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirilib

FHN Bakı İstintaq Təcridxanasında təlim keçirib VİDEO

İspaniyalı futbolçu “Atletiko”dan ayrılıb

Cəlilabadda qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb

FHN: Pirşağıda dənizdə çimənlərin biri xilas edilsə də, digərinin cəsədi çıxarılıb

“Araz-Naxçıvan”ın baş məşqçisi: Çempionatda uğur qazanmaq üçün daha çox tər tökməliyik

Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb

Türkiyədə təşkil edilən beynəlxalq düşərgənin bağlanış mərasimi keçirilib

Litvanın “Broswarm” startapı minaların aşkar edilməsi texnologiyalarını işləyib hazırlayır

Sevil Kərimova: “Digital art” yaradıcılığı kətan üzərində rəsm çəkməkdən asan proses deyil

İtaliyanın “sevgi qoxulu” liman şəhəri: Portofino - FOTOREPORTAJ

Xırdalanda Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyinə həsr olunan tədbir keçirilib

MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma təsdiqlənib - FƏRMAN

Keyt Middlton “Uimbldon” turnirinin finalında iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət Neft Fondu ölkə iqtisadiyyatının sabitliyini və inkişafını dəstəkləyir

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilib

Avropa Liqası: "Zirə" - "Şerif" oyununun hakimləri bəlli olub