“Espanyol”-“Real Madrid” oyununda altı qol vurulub
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-də İspaniya La Liqasının 21-ci turunun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi “Espanyol” doğma meydanda Madridin “Real” klubunu qəbul edib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. “Kral” klubunun heyətində Kərim Benzema (4, 45), Serxio Ramos (15), Qaret Beyl (67), meydan sahiblərin isə Leo Baptistao (25) və Roberto Rosales (81) fərqləniblər.
“Real Madrid”in əzəli rəqibi “Barselona” isə səfər matçında “Girona” klubuna 2:0 hesabı ilə qalib gəlib. Topları rəqib qapısından Nelson Semedo və Lionel Messi keçirib. Bombardirlər siyahısına başçılıq edən Messinin hesabında hazırda 19 qol var.
Xatırladaq ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Atletiko Madrid” doğma meydanda “Xetafe” klubunun qapısından iki cavabsız top keçirdib.
Turun digər oyunları aşağıdakılardır:
“Sevilya” - “Levante” - 5:0;
“Leganes” - “Eybar” - 2:2;
“Valensiya” - “Villyareal” - 3:0;
“Real Valladolid” - “Selta Viqo” - 2:1;
“Atletik Bilbao” - “Real Betis” - 1:0;
“Real Sosyedad” - “Hueska” - 0:0.
Qeyd edək ki, 21 turdan sonra turnir cədvəlinə 49 xalla “Barselona” klubu başçılıq edir, 44 xalla “Atletiko Madrid” ikinci, “Real Madrid” 39 xalla üçüncü, “Sevilya” isə 36 xalla dördüncü yerdə qərarlaşıb.
Tura yanvarın 29-da “Deportivo Alaves” - “Rayo Valladolid” oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]