Eşqi Bağırov: Hazırda direktor vəzifəsində çalışanlar işə qəbul üzrə müsabiqədə iştirak edə bilməz

Bakı, 5 iyul, AZƏRTAC
Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 1 889 namizəd dəvət olunub.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Təhsil TV-də deyib. Onun sözlərinə görə, hazırda çalışan direktorlar müsabiqədə iştirak edə bilməz. İş yerini dəyişdirmək istəyən direktorlar yalnız yerdəyişmə mərhələsində iştirak edə bilərlər.