Eşqi Bağırov: Sertifikatlaşdırmadan keçən müəllimlər 2026-cı ildən sonra bu prosesə təkrar cəlb ediləcək

Bakı, 6 iyun, AZƏRTAC
2022-ci ildə ilk dəfə olaraq ibtidai sinif müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanıldı.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib. O bildirib ki, müəllimlərin nəticələrinə uyğun olaraq onların əməkhaqqına artımlar edilib: “2023-cü ildə təkrar sertifikatlaşdırmadan keçməyən 800-ə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. Cari ildə 30 mindən çox müəllimin sertifikatlaşdırma prosesinə cəlb edilməsi planlaşdırılır. Sertifikatlaşdırmada iştirak edən müəllimlərin 2026-cı ildən sonra təkrar sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, iyunun 8-də ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılma prosesi baş tutacaq.
İyunun 21, 22, 24-ü ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.
Təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [12:30]
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib
- 23.05.2025 [12:17]
“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb
- 23.05.2025 [12:04]