Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Etibarlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu Davos Forumunda diqqət mərkəzində olacaq

Etibarlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu Davos Forumunda diqqət mərkəzində olacaq

Bakı, 17 yanvar, AZƏRTAC

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 53-cü iclası başlayıb. Forumun açılış mərasimində çıxış edən Forumun təsisçisi Klaus Şvab tədbirin maraqlı tərəflərin görüş platforması kimi əhəmiyyətini vurğulayıb.

Builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir.

AZƏRTAC Dünya İqtisadi Forumunun tarixinə, onun dünya və ölkəmiz üçün əhəmiyyətinə bir daha nəzər salır. Dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilat olan və 1974-cü ildən sonra demək olar hər il baş tutan (koronavirus pandemiyası səbəbindən Forum 2021-ci ildə onlayn, 2022-ci ildə isə yanvar ayında deyil, may ayında təşkil olunub) Dünya İqtisadi Forumu bu il 16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilir. Budəfəki Forumda dünya liderlərindən qlobal problemləri həll etmək üçün birgə səylər göstərmək, insanların təcili, kritik ehtiyaclarını ödəmək, eyni zamanda, onilliyin sonuna qədər daha dayanıqlı dünya üçün zəmin yaratmaq məqsədilə addımların atılması gözlənilir.

Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.

Bu gün dünya kritik bir dönüş nöqtəsindədir. COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi onsuz da kövrək olan qlobal sistemi daha da sarsıdıb. Dünyanın ən güclü dövlətlərinin iqtisadiyyatlarında artım dayanıb, həmçinin ərzaq və enerji qiymətləri artıb, inflyasiya bəlkə də tarixin ən pik həddinə çatıb. 1970-ci illərdən bəri ilk dəfə olaraq dünya qiymətlərin artımı və inflyasiyanın əks istiqamətdə hərəkət etdiyi qeyri-müəyyən tarazlıq ilə üzləşib. Artan geoiqtisadi parçalanma maliyyə sektorunda zəiflikləri, o cümlədən aktivlərin qiymətləri, yüksək borc səviyyələri və nəzarətdən çıxan iqlim və ərzaq böhranını dərinləşdirə bilər.

Belə bir misli görünməmiş vəziyyətdə Dünya İqtisadi Forumu 53-cü illik toplantısını keçirir. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzində olacaq.

Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, tədbirdə Almaniya Kansleri Olaf Şolz, Niderlandın Baş naziri Mark Rutte, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Yens Stoltenberq, digər dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcəklər.

Həmçinin Foruma 700-dən çox təşkilat rəhbəri, dünyanın ən nüfuzlu 600-dən artıq şirkətinin baş icraçı direktorları qatılacaq.

İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.

Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində olacaq.

Budəfəki Forumda Azərbaycana marağın yüksək olacağı şübhəsizdir. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb. Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra bölgədə geniş iqtisadi əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Azad edilmiş ərazilərimizdə isə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük olacaq.

Qeyd edək ki, budəfəki səfər Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına sayca 19-cu səfəridir. Bunlardan biri rəsmi, digərləri isə işgüzar səfərlər olub.

İsveçrə Azərbaycanın müstəqilliyini ən tez tanıyan ölkələrdən biridir (23 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il yanvarın 21-də qurulub. İki ölkənin sıx münasibətləri mövcuddur. İndiyədək Azərbaycanla İsveçrə arasında 31 sənəd imzalanıb, iki sənəd layihəsi baxılmaqdadır. Ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi son illər nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 462 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,4 faiz artım deməkdir. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 97 İsveçrə şirkəti fəaliyyət göstərir. Bu illər ərzində İsveçrə Azərbaycana 1,135 milyard ABŞ dolları sərmayə qoyub. Xüsusilə vurğulamaq lazımdır ki, bu ölkənin "Sa_partners" şirkəti işğaldan azad olunan ərazilərimizdəki layihələrə cəlb olunaraq Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin Baş planlarını hazırlayıb. Təqribən bir ay əvvəl - 2022-ci ilin 13 dekabrında Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti - 9-cu iclası keçirilib.

Azərbaycan Prezidentinin İsveçrəyə səfərlərinin ölkəmiz üçün faydaları bir neçə hədəfə eyni zamanda çatan uzaqgörən siyasət nəticəsində mümkün olub. Belə ki, bu səfərlər dünyanın nüfuzlu ölkələrindən sayılan İsveçrə ilə ikitərəfli kontekstdə siyasi, iqtisadi münasibətləri inkişaf etdirilməklə yanaşı, bu ölkənin ev sahibliyi etdiyi Dünya İqtisadi Forumu çərçivəsində digər dövlətlərin başçıları, həmçinin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə müzakirələr aparmaq, əməkdaşlığı inkişaf etdirmək imkanları verib. Bir sözlə, Davos İqtisadi Forumu Azərbaycanın gücünü və nüfuzunu dünyaya göstərmək baxımından unikal platformadır.

Qeyd etmək yerinə düşər ki, budəfəki Forumda dünyanın bir sıra ölkələrinin rəhbərləri, o cümlədən Litva, Latviya respublikalarının prezidentləri, Xorvatiya, Niderland və Monteneqronun Baş nazirləri, həmçinin dünyanın onlarla nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan Prezidenti ilə görüşmək arzusunu ifadə ediblər. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bu Forumda çıxışı gözlənilir.

Xatırladaq ki, 2020-ci ildə keçirilmiş Davos İqtisadi Forumunda dövlətimizin başçısı “Strateji baxış: Avrasiya” mövzusunda keçirilmiş panel iclasında iştirak etmiş, Azərbaycanda siyasi və iqtisadi sahələrdə aparılan islahatlar, qonşu ölkələrlə münasibətlər, o dövrdə dünyada baş verən proseslər və digər məsələlər barədə danışaraq ölkəmizin gələcək planları barədə məlumat vermişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib