“Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 21-də Bakıda AMEA Botanika İnstitutunun Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant müsabiqəsinin qalibi olmuş layihəsi üzrə “Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” mövzusunda Beynəlxalq konfrans işə başlayacaqdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, EİF-in dəstəyi ilə keçiriləcək konfransda Azərbaycan alimləri ilə yanaşı, 15 ölkədən 30 təşkilatın aparıcı alim və mütəxəssisləri iştirak edəcəklər.
Tədbirdə iki bölmədə “Ətraf mühitin dəyişməsi və bitki mühafizəsi üzrə çirklənmiş ərazilərdə yayılan bitkilərin monitorinqi və qiymətləndirilməsi”, “Ətraf mühitin stress şəraitində real vəziyyətin qiymətləndirilməsi”, “Təhlükə altında olan endem/relikt növlərin qorunması strategiyasının elmi əsaslarının araşdırılması”, “Çirklənmiş ərazilərin remediasiyası üçün bioloji yanaşmaların işlənib hazırlanması” və digər mövzular müzakirə ediləcəkdir.
Konfrans aprelin 23-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]