Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Eurovision-2012” mahnı müsabiqəsi uzun illər yaddaşlardan silinməyəcəkdir

 Bakı, 26 may (AZƏRTAC). “Eurovision-2012” mahnı müsabiqəsi təkcə 42 dövlətin deyil, əslində bütün dünyanın musiqi bayramıdır. Ona görə ki, musiqi sərhəd tanımır, o hansı dildə, kim tərəfindən oxunmasına baxmayaraq, qəlblərə yol tapa bilirsə, deməli hamınındır.

Bu mənada Azərbaycanda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi də dünyanın diqqət mərkəzindədir. Hamı bu yarışmadan danışır, möhtəşəm “Baku Crystal Hall”un səhnəsinə efirdən belə baxmağı özünə borc bilir və Bakıda hazırlanan bu şounu maraqla izləyir...

Mayın 25-də “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsinin iştirakçılarının jurnalistlər və fanatlar qarşısında əsas məşqləri olmuşdur.

AZƏRTAC xəbər verir ki, ötənilki yarışmanın qalibi kimi finala birbaşa vəsiqə qazanmış Azərbaycan və “Böyük beşlik” təmsilçiləri də daxil olmaqla, finalda iştirak edəcək 26 ölkə əsas şou ərəfəsində “Baku Crystal Hall”un səhnəsində bir-birinin ardınca məşq etmişlər.

Məşqlərdən sonra keçirilən mətbuat konfransında təmsilçilər yarışma, eləcə də ölkəmizlə bağlı fikirlərini bölüşmüşlər.

“Mən tolerantlığı sevirəm. Azərbaycan müsəlman Şərqində qadınlara seçki hüququ vermiş ilk dövlətdir”, - deyən Fransanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Anqun mahnı müsabiqəsində ölkəsini təmsil etməkdən qürur duyduğunu bildirmişdir.

Müğənni Bakıda gördüyü insanların qonaqpərvərliyindən, mehribanlığından məmnunluq ifadə etmişdir.

Almaniyanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Roman Lob isə “Baku Crystal Hall”u çox bəyəndiyini, buradakı səhnə və səs effektlərinin möhtəşəmliyini dilə gətirmişdir. Bakını gəzdiyini diqqətə çatdıran Roman Lob şəhərimizdən çox xoşu gəldiyini bildirmişdir.

Almaniya təmsilçisi demişdir: “Buranın insanları çox mehriban və qonaqpərvərdirlər. “Eurovision-2012” mahnı müsabiqəsi təmsilçilərindən Səbinə Babayevanın nümayiş etdirdiyi performans çox xoşuma gəlir. Səbinənin ilk beşlikdə yer alacağına inanıram. Biz bir həftədir ki, Bakıdayıq. Bura gəldiyimizin ikinci günündə şəhəri gəzdik, görməli yerlərə baş çəkdik. Bakı çox gözəl şəhərdir”.

Roman Lob Azərbaycanın gözəl yeməklərinin dadına baxdığını, xüsusən qoyun ətindən kababı çox bəyəndiyini də söyləmişdir.

“Eurovision-2010” mahnı müsabiqəsinin qalibi Lena Meyerin zala daxil olması isə Roman Lob və jurnalistlər üçün sürpriz olmuşdur.

“Eurovision-2010”-un qalibi Lena Meyer həmvətəni Roman Lob haqqında fikirlərini bölüşmüşdür. O, ölkəsini builki yarışmada təmsil edən Roman Lobun istedadlı müğənni olduğunu bildirmişdir.

Bakıda hər şeyin çox gözəl olduğunu bildirən İtaliya təmsilçisi Nina Zilli demişdir: “Bakı kimi gözəl şəhərdə keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində İtaliyanı təmsil etməkdən qürur duyuram. Bu yarışmada qalib gələrək hər birinizi İtaliyada görəcəyimə ümid edirəm”.

İlk dəfədir ki, Azərbaycana səfər etdiyini söyləyən Nina Zilli ölkəmizin çox gözəl tarixə və mədəniyyətə sahib olduğunu bildirmişdir. O, Bakını, İçərişəhəri gəzdiyini, buranın qədimliyi və tarixinin onu cəlb etdiyini vurğulamışdır.

Finalına vəsiqə qazana bilməyən 16 ölkənin təmsilçilərinə görə məyus olduğunu söyləyən Azərbaycan təmsilçisi Səbinə Babayeva onların çox gözəl şou nümayiş etdirdiklərini bildirmişdir.

Səbinə Babayeva Ermənistanın builki yarışmada iştirak etməməsi barədə verilən suala isə belə cavab vermişdir: “Bu il Polşa da müsabiqədə iştirak etmir. Şübhəsiz, bəzi ölkələrin müsabiqədə iştirak etməməsinə təəssüflənirəm”.

Təmsilçimiz jurnalistin “Ermənistana hər hansı mesaj göndərmək istəyirsinizmi” sualına cavab olaraq isə demişdir: “Eurovision” müsabiqəsi siyasi meydan deyil, bir musiqi yarışmasıdır”.

Səbinə Babayeva Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink haqqında da fikirlərini bildirmişdir: “Bu cür dünya şöhrətli ifaçı ilə eyni səhnəni bölüşmək hər bir gənc musiqiçi üçün böyük şərəfdir. Bu da onu göstərir ki, əfsanəvi müğənni həyatında qazandığı uğurlara baxmayaraq, özünü ulduz kimi aparmır. Bu isə onu hamıya sevdirir”.

“Eurovision-2012” mahnı müsabiqəsinin finalında iştirak etməyi həyatının ən gözəl anı hesab edən İspaniyanın “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisi Pastora Soler Bakıya qalib olmaq üçün gəldiyini bildirmişdir.

“Eurovision-2012” mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakıya gəlmiş xarici jurnalistlər Azərbaycanın ev sahibliyi etdiyi bu möhtəşəm musiqi yarışmasına hazırlığı, “Baku Crystal Hall”un bənzərsizliyini, xalqımızın milli adət-ənənələrini, səmimi münasibətini, qonaqpərvərliyini yüksək qiymətləndirmişlər.

“Bir jurnalist kimi deyə bilərəm ki, “Bakı Crystal Hall”un Mətbuat Mərkəzində işləmək mənə çox rahat və xoşdur”. Bu sözlərin müəllifi Ukraynadan gəlmiş jurnalist Natalya Kovaçeviçdir. O bildirmişdir ki, “Eurovision-2012” mahnı müsabiqəsində təşkilatçılıq çox yüksək səviyyədədir. Ümumiyyətlə, iş prosesində jurnalistin qarşılaşacağı bütün problemlər Mətbuat Mərkəzində əvvəlcədən nəzərə alınmışdır. Buranın mətbuat xidməti çox yaxşı işləyir, bütün məşqlərin, tədbirlərin proqramı jurnalistlərə verilir, mətbuat katiblərinin telefon nömrələrini asanlıqla öyrənmək olur. Həmçinin şəhərdə də yüksək səviyyədə hazırlıq işləri aparılmışdır. Bir il ərzində böyük işlər görülmüşdür. Ümumiyyətlə, Bakı sakinləri arzu etdikləri mühitdə yaşayırlar. Onların qonaqpərvərliyi adamı valeh edir.

Bakıda hər yerinin təmiz və səliqəli olduğunu söyləyən almaniyalı jurnalist Sascha Suden vurğulamışdır ki, şəhərin sakinləri qonaqpərvər və mehribandırlar. On üç ildir müsabiqəyə jurnalist kimi qatıldığını deyən almaniyalı jurnalist Bakı şousunun yüksək səviyyədə təşkil edildiyini bildirmişdir. “Baku Crystall Hall” heyranedicidir. Mətbuat Mərkəzində hər hansı məsələ ilə bağlı könüllülərə müraciət etdikdə, böyük məmnuniyyətlə kömək edirlər. Sascha Suden, həmçinin burada təhlükəsizliyin qaydasında olduğunu diqqətə çatdırmışdır.

Çox sevindiricidir ki, 1956-cı ildə keçirilmiş ilk “Eurovision” mahnı müsabiqəsində təmsil etdiyi İsveçrəyə qalibiyyət qazandırmış Lis Asia 57-ci yarışmanın yarımfinal və final şoularını izləmək üçün Bakıya gəlmişdir.

Bu ərəfədə “Eurovision” mahnı müsabiqəsinin ilk qalibi “Eurovision” Mərkəzində olmuşdur. İsveçrəli qonaq mərkəzdə yarışmanın 57 illik tarixini və Azərbaycanın “Eurovision” səhnəsindəki qələbəsini əks etdirən ekspozisiyanı maraqla izləmişdir. Görkəmli müğənni, həmçinin burada açılmış Azərbaycan milli musiqisi alətlərinin sərgisinə tamaşa etmişdir.

Bakıda olduğu müddətdə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olan Lis Asia “Light your fire!” şüarının ölkəmizə çox yaraşdığını demişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

Paytaxtın Nizami rayonunda 45 yaşlı kişi qətlə yetirilib

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib

Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar

Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib

“Bilim Bakı”da “Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib

“Qarabağ” və “Azəryol” komandaları böyükhesablı qələbə qazanıblar

Azərbaycanın COP28-dəki pavilyonu Qarabağla bağlı haqq səsimizin daha geniş kütləyə çatdırılmasına imkan yaradacaq

Qərbin qaranlıq keçmişi: Afrika müstəmləkələrində kölə alveri

Fu Hua: Sinxua və AZƏRTAC müasir çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməlidir VİDEO

Pedaqoji Universitetdə Beynəlxalq Əlillər Günü qeyd olunub

BŞTİ: Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq

Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında son tamamlanma işləri aparılır

Ötən ay İnsan Resursları Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib

Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib

“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

Beynəlxalq Velosipedçilər İttifaqı 40 rusiyalıya yarışlara çıxmaq icazəsi verib

Bakıda “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanılıb VİDEO

Məşhur Piza qülləsinin Bolonyada olan bənzəri çökə bilər

Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var

UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb

AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib

Beynəlxalq STEAM Azərbaycan Festivalında 11 ölkənin komandaları yarışacaq

COP28: Təxminən 20 ölkə bütün dünyada nüvə enerjisini 2050-ci ilədək üç dəfə artırmağa çağırır

İtaliyalı nazir müavini: Prezident İlham Əliyev çox praqmatik insandır

Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yayıb

Dekabrın 3-də Bakıda 22 dərəcə isti olacaq

Senatın sədri: Azərbaycan Çexiya üçün dost ölkədir

Narkomaniya və zorakılığa qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir

Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər

ABŞ hazırda xarici siyasətində “autsayder mövqeyi”ni inamla yerinə yetirir - ŞƏRH

“Avro-2024”: Final mərhələsinin püşkü atılır

Uşaq İncəsənət Məktəbi şagirdlərinin növbəti uğuru

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Heydər Əliyev İli” çərçivəsində daha bir ağacəkmə aksiyası keçirib

Azərbaycan millisinin baş məşqçisi: Göstərdik ki, ölkəmizdə qadın futbolu inkişaf edir

KXDR onun peykinə müdaxiləni müharibə elanı kimi qiymətləndirəcək

2024-cü il Olimpiya Oyunları ərəfəsində Paris sakinlərinin narazılığı artır

Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb VİDEO