“Exxon Mobil” İraqın şərqindən əməkdaşlarını təxliyə etməyə başlayıb
Bakı, 18 may, AZƏRTAC
Amerikanın “Exxon Mobil” kompaniyası İraqın şərqində yerləşən Bəsrə əyalətindəki neft mədənlərində çalışan əməkdaşlarının təxliyəsinə başlayıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, təxliyə xarici ölkə vətəndaşlarına, həmçinin ikili vətəndaşlığı olan iraqlılara aiddir. Əməliyyatının iki gün əvvəl başladığı bildirilir. Bəsrədən çıxarılan insanların dəqiq sayı barədə məlumat verilmir.
Kompaniya vəziyyətlə bağlı şərh verməkdən yayınıb. Təxliyə barədə qərar İranla ABŞ arasında gərginliyin artması fonunda qəbul olunub.
Bir qədər əvvəl Amerika hakimiyyəti yaranmış vəziyyətdə Fars körfəzi rayonunda uçan sərnişin təyyarələrinin səhvən düşmən təyyarəsi kimi tanınma riski barədə xəbərdarlıq edib. Mayın 16-da isə ABŞ Dövlət Departamenti İraq üçün ən yüksək - dördüncü təhlükə səviyyəsi müəyyən edib və öz vətəndaşlarını terror, insan oğurluğu və silahlı münaqişə riski səbəbindən bu ölkəyə getməməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
- 09.06.2026 [11:02]
Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [18:33]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:30]