Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Faiq İsmayılov: 1828-ci ilədək ermənilərin Mehri şəhərində mövcudluqlarına heç bir arxiv materiallarında rast gəlinmir

Faiq İsmayılov: 1828-ci ilədək ermənilərin Mehri şəhərində mövcudluqlarına heç bir arxiv materiallarında rast gəlinmir

Bakı, 17 fevral, AZƏRTAC

Qərbi Zəngəzur regionunun tarixi cəhətdən zəngin ərazilərindən olan Mehri şəhəri Azərbaycan mədəni irsinin ən çox erməni vandalizminə məruz qalan ərazilərindən biridir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hökumətinin Mehrini tarixi erməni şəhəri adlandırması əsassızdır. Çünki bütün tarixi dövrləri araşdıranda Mehri ərazisinin ermənilərə heç bir aidiyyətinin olmadığı aydın olur. Şimali Azərbaycan ərazilərinin 1828-ci ildə Rusiya tərəfindən işğalına qədər ermənilərin Mehri şəhərində mövcudluqlarına dair heç bir arxiv materiallarında rast gəlinmir. Azərbaycan əraziləri işğal edildikdən sonra burada ruslar tərəfindən məskunlaşdırılan ermənilər son 100 ildə Zəngəzurun bütün ərazilərində olduğu kimi, Mehri şəhərində də mütəmadi olaraq azərbaycanlılara qarşı talanlar, qarətlər, qətllər, soyqırımları törədiblər və şəhəri etnik təmizləməyə məruz qoyublar.

Bu fikirlər Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, mədəni irsin araşdırılması üzrə ekspert, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Erməni vandalizminə uğradılan Mehri şəhəri” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

1861-ci ildə Şimali Azərbaycan torpaqlarında Zəngəzur qəzası Rusiyanın yaratdığı ilk inzibati ərazi vahidlərindən biri olmuşdu. Zəngəzur qəzası Azərbaycan ərazisi kimi 1867-ci ildə Azərbaycanda yaradılan Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə verilmişdi. Zəngəzur Rusiyada Sovet Sosialist İnqilabının qələbəsinin ilk illərinə qədər, yəni, (1920-ci ilə qədər) Gəncə quberniyasının tərkibində qalmışdı. Azərbaycanda 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra SSRİ hökuməti Zəngəzur qəzasının Dərələyəz, Qafan, Mehri, Gorus və Qarakilsə bölgələrini yenicə yaradılan Ermənistan vilayətinə birləşdirilməsi haqqında qərar verdi.

Ən yeni tarixdən hər kəsə məlumdur ki, Mehri rayonu sovet dövründə -1936-cı ildən SSRİ-nin süqutuna qədər Azərbaycanın Ermənistan ərazisindən nəqliyyat dəhlizi rolunu oynayıb. İndi Ermənistan rəhbərliyi Zəngəzur ərazisinin Ermənistana məxsusluğunu iddia etsə də, bunu sübut etmək üçün heç bir dəlil göstərə bilmir. Sovet hökumətinin qərarı ilə Zəngəzur Ermənistan Respublikasının tərkibində göstərilsə də, Ermənistanın və Rusiyanın dövlət arxivlərində olan sənədlər də sübut edir ki, hətta sovet dövründə də Zəngəzur (Mincivan - Ordubad) nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub. Dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğuna görə bu əraziyə hətta Ermənistan vətəndaşları xüsusi icazələri olmadan Mehri şəhərinə, eləcə də Qərbi Zəngəzurun digər şəhər və qəsəbələrinə buraxılmayıblar. Ermənilər 70 illik sovet dövründə heç vaxt bu dəhlizə sərbəst şəkildə nəzarət edə bilməyiblər.

Zəngəzur dəhlizi Birinci Qarabağ müharibəsinə qədər Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, qatarlara satılan biletlər Bakıya məxsus idi. Qatarların hərəkət cədvəlini və stansiyaların iş qrafikini Bakı təşkil edirdi. Dəhlizin təhlükəsizliyini Ermənistan deyil, SSRİ sərhəd qoşunları ilə bərabər, Azərbaycan həyata keçirirdi.

1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr Mehri şəhərində də qatarların hərəkətinə mane olmağa, şəhəri qarət edib dağıtmağa və bəzi hallarda mənimsəməyə başladılar. Ermənistanda baş qaldıran separatizm bu ölkənin digər ərazilərində olduğu kimi, Mehri şəhərində də onlara aid olmayan hər şeyi məhv edir, dağıdır və ya mənimsəyirdi. Ermənilər şəhərdə XVII-XVIII əsrlərə aid 100-dən çox yaşayış evini, inzibati binaları, 10-dan çox tarix və mədəniyyət abidəsini və monumental heykəltaraşlıq nümunələrini, şose və dəmir yolu infrastrukturlarını tamamilə dağıdıb, yandırıb yararsız hala saldılar. Bu gün “Mehri erməni şəhəridir” deyənlər bu dağıntıların nəyə görə törədilməsinin izahını indiyədək verə bilmirlər. Mehri dəmir yolu stansiyasının qarşısında erməni millətçisi Stepan Şaumyanın büstü sovet dövründə azərbaycanlılar tərəfindən inşa edildiyinə görə erməni separatçıları onu dağıtdılar. Halbuki Stepan Şaumyan bolşevik Rusiyası tərəfindən Azərbaycana göndərilən ən qaniçən erməni terrorçusu idi. Büstün dağıdılmasına səbəb onun Azərbaycan dövlətinin vəsaiti hesabına ucaldılması olmuşdu.

Tarixi əhəmiyyətli yaşayış evlərinin bəziləri salamat qalsa da, istifadəyə tam yararsız vəziyyətdədir.

XVIII əsrə aid yaşayış evlərindən birinin interyeri.

Ermənilər tərəfindən dağıdılan qədim yaşayış evlərindən birinin eyvanı.

Tarixi əhəmiyyətli Mehri dəmiryol vağzalının binası ermənilər tərəfindən dağıdılaraq yararsız hala salındı.

Mehri dəmiryol vağzalının daxili görünüşü.

Mehri dəmiryol stansiyasının qarşısında erməni millətçisi Stepan Şaumyanın büstü sovet dövründə azərbaycanlılar tərəfindən inşa edildiyinə görə erməni separatçıları onu dağıtdılar. Halbuki, Stepan Şaumyan Bolşevik Rusiyası tərəfindən Azərbaycana göndərilən ən qaniçən erməni terrorçusu idi.

Mehri şəhərindəki bütün heykəllər ermənilər tərəfindən ya dağıdılıb, ya da yararsız hala salınıb.

Mehri şəhərində 1881-ci ildə istifadəyə verilən ilk müsəlman mədrəsəsinin (dini məktəb) binası. Sovet dövründə orta məktəb kimi istifadə olunub. 1988-1990-cı illərdə erməni separatçıları tərəfindən dağıdılıb. Hazırda mövcud deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bosniya və Herseqovina vətəndaşları gələn ildən Kosovoya şəxsiyyət vəsiqəsi ilə səfər edəcəklər

Xalq rəssamı Arif Hüseynov Sumqayıt rəssamları ilə görüşüb

Sahil Babayev: Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır

Xarkov vilayətinin bəzi şəhər və rayonlarında əhali məcburi təxliyə edilir

ABŞ İsrailə Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün vaxt verib

MOK-da Afrika Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib

Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə siyahıya daxil olub

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib

Füzulidə keçiriləcək beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi yerli sakinlərlə görüş olub

Siyasi varislikdən siyasi liderliyə: tarixi zəfərin memarı

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib

Cəlilabadda zəlzələ olub

Romada Ümumdünya Ərzaq Forumu keçirilir

Neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

ABŞ şirkətləri Birləşmiş Krallığın data mərkəzlərinə 8,2 milyard dollar sərmayə qoyacaq

Britaniya parlamentinin Lordlar Palatasında COP29-a dəstək ifadə edilib

Moldova portalı: Prezident İlham Əliyev Aİ-nin Ermənistan-Azərbaycan sülh məsələsində neytrallığını saxlamalı olduğunu bildirib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Elm və Təhsil Nazirliyi Türkiyə-Azərbaycan Universitetində tələbələrin sayı barədə təkliflərini hər il təqdim etməlidir

Hekayələri fərqli, taleləri eyni: İtkin ailələri Qarabağda

Azərbaycanın hüquqi və fiziki şəxsləri 172 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar

® “Agro Dairy” ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında memorandum imzalanıb

Misilsiz qələbələrlə, zəfərlərlə zəngin illər - ŞƏRH

Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu işə başlayıb

Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

Azərbaycanda partiya siyasətinin fəlsəfəsi TƏHLİL

Nazir: Son 22 ildə Türkiyənin nəqliyyat infrastrukturuna 277 milyard dollar sərmayə qoyulub

Mario Balotellinin yeni komandası bəlli olub

Atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin sürücüləri ilə maarifləndirici söhbət aparılıb

İmişlidə maşın su kanalına düşüb, xəsarət alanlar var VİDEO

Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Azərbaycanın Zəfər tarixinin 15 oktyabr zirvəsi

İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşası müzakirə edilib

Sorğu: Amerikalıların əksəriyyəti Ukraynadan sülh danışıqları istəyir

Vəkillər Kollegiyasında İrkutskun Vəkillər Palatasının nümayəndə heyəti ilə görüş keçirilib

Polşalı parlamentari Qərbi azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə məlumatlandırılıb

Xəzər Universitetində COP29-a həsr olunmuş dəyirmi masa keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Bakı metrosunda qatarların hərəkəti 11 dəqiqə ləngiyib

İyirmi bir illik tərəqqi və zəfər yolu ŞƏRH

Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU-da keçirilən intellektual oyunun qalibi məlum olub

Dövlət qulluğu imtahanından uğurla keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb

İpoteka və Kredit Zəmanət Fondu: 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

Aİ və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığı genişləndirir

® Çətini asan, ağırı yüngül, ağrını ağrısız edən peşə sahiblərinin bayramı

Böyük Britaniyada elektrik xətlərini və külək turbinlərini yoxlamaq üçün dronlardan istifadəyə icazə veriləcək

Bazel şəhərində Heiliggeist Kilsəsindən gələn ecazkar kamança səsi

Leyla Əliyeva Mərakeşdə Uşaq Hüquqları üzrə Milli Observatoriyanın vitse-prezidenti ilə görüşüb

AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbuluna başlayıb

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb

Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib

Aİ-nin yeni sanksiyalarından sonra İrandan Avropaya təyyarə uçmayacaq

Füzulinin “ağıllı kənd”i Dövlətyarlı olacaq

DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər

Qeyri-neft-qaz məhsulları üzrə Rusiyaya göndərilmiş malların ixrac dəyəri üstünlük təşkil edib

BMU-İNHA İDP-nin Rəhbər Komitəsinin növbəti iclası keçirilib

Keçmiş məcburi köçkünlərin qayıdışla bağlı müraciətləri dinlənilib

Göyçayın xurma bağlarında yayılmış xəstəlik məhsuldarlığa təsir edibmi? FOTO

“Astana City Marathon”da iki mindən çox insan iştirak edib

Komitə sədri: Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur

Türkiyənin maliyyə naziri: Hökumətin prioriteti yaşıl transformasiya və yüksək texnologiyalardır

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəflərinə doğru irəliləyir ŞƏRH

Azərbaycanlı tələbələrin Milan Konqresində iştirakı ölkəmizdə kosmik sənayenin inkişafından xəbər verir

Azərbaycan Güləş Federasiyasının rəsmiləri “Qəbələ” İdman Klubunu ziyarət ediblər

Mütəxəssis: Qripə qarşı spesifik və effektiv qorunma vasitəsi peyvənddir

Azərbaycan klubu paraqvaylı futbolçu ilə müqavilə imzalayıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL

Milli qürurumuzun və kimliyimizin təntənəsi ŞƏRH

“Mütaliə insanı kamilləşdirir” adlı videoçarx hazırlanıb

Ruslan Quliyev: COP29 ölkəmizin turizm sənayesi üçün çox böyük bir fürsətdir

Özünəməxsus dadı var, dərman kimi də istifadə olunur VİDEO

Azərbaycanlı tələbə: Milan Astronavtika Konqresində çıxış etmək mənim üçün fəxrdir

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

COP29 könüllüləri üçün xüsusi “rol təlimləri” yekunlaşıb

Moskvada “Musiqi dünyası” jurnalının 25 illiyi münasibətilə elmi konfrans öz işinə başlayıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib

Laçın şəhərində 24 fərdi evdə günəş panelləri quraşdırılıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanın futzal üzrə Yüksək və Birinci liqalarında yeni mövsümün püşkü atılıb

Ağdaşda avtomobil su kanalına aşıb, sürücü ölüb

Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Rusiyalı politoloq: Gürcüstanda sabitliyi pozmaq cəhdləri, ilk növbədə, bu ölkənin Rusiya ilə yaxınlaşma tendensiyası ilə bağlıdır – ŞƏRH

Minik avtomobillərin hərəkətinə icazə verilən COP29 zolaqlarının yerləşdiyi küçələr açıqlanıb - SİYAHI

BDU və Ege Universiteti mübadilə protokolu imzalayıb

“AzerGold” RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil edib

Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Ağdərə şəhərində 190 evin tikilməsi nəzərdə tutulur

Naxçıvanda istehlakçılara 1,9 milyon manat ƏDV məbləği geri qaytarılıb

Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib VİDEO

Elza Səmədova: Milan Konqresində tələbələrimizin iştirakı Azərbaycanın ali təhsil sisteminin uğurudur

Lənkərandakı pravoslav məbədində Müqəddəs taxt-tac bayramı günü qeyd olunub VİDEO

“Kitabxana-informasiya infrastrukturunun dayanıqlı inkişafı” - elmi seminar

Azərbaycanda fərdi sahibkarların 77 faizi kişilərdir

® Bir depozit, bir ağac: “Birbank”la yaşıl dünyaya öz töhfəni ver

Yanvar-avqust aylarında Azərbaycanda 30 mindən çox nikah qeydə alınıb

İctimai iaşə dövriyyəsi artıb

Azərbaycanın Baş naziri ilə Rusiya Hökumətinin Sədri arasında telefon danışığı olub

Amerikalı basketbolçu: Azərbaycan sülhsevər və sakit ölkədir

Ələt–Astara–İran magistral avtomobil yolunun 26 kilometrlik hissəsi yenidən qurulub VİDEO