CƏMİYYƏT
Ölkə ərazisində yağış sabah günün ikinci yarısından tədricən kəsiləcək – FAKTİKİ HAVA - YENİLƏNİB
Bakı, 3 noyabr, AZƏRTAC
Saat 20:00-a olan faktiki hava açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəçevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrdir. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir. Yağıntılı hava şəraiti isə noyabrın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.
16:45
Saat 15:00-a olan faktiki hava açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır. “Noyabrın 4-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir”, - deyə Milli Hidrometeorologiya Xidmətinin məlumatında vurğulanıb.