“Falcon Eye-1” peykinin buraxılması təxirə salınıb
Bakı, 6 iyul, AZƏRTAC
Arianespace şirkəti “Falcon Eye-1” müşahidə peykinin Birləşmiş Ərəb Əmirlikləri ərazisindən kosmosa buraxılmasını təxirə salıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, peykin buraxılışının ertələnməsi Kuru kosmodromunda pis hava şəraiti ilə bağlıdır.
Şirkətin mətbuat üçün açıqlamasında qeyd olunur ki, Qviana kosmik mərkəzində qeydə alınmış atmosferin yüksək qatında güclü küləklər nəticəsində müşahidə peykinin nəzərdə tutulduğu vaxtda buraxılması mümkün olmayıb. “Falcon Eye-1” peykinin həmin kosmodromdan buraxılması iyulun 7-si saat 23:00-a (Bakı vaxtı ilə iyulun 8-i saat 5:00) nəzərdə tutulub.
“Falcon Eye-1” peyki Arianespace şirkətinin Birləşmiş Ərəb Əmirlikləri ilə imzaladığı kontrakt əsasında kosmosa göndərəcəyi iki hərbi kəşfiyyat aparatından birincisidir. Məlumdur ki, bu peyk aşağı orbitə yerləşdiriləcək. Onun istehsalı ilə Airbus Defence və Thales Alenia Space şirkətləri məşğul olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]