Fatih Sultan Mehmetin təsvir olunduğu medalyon 38 min funt sterlinqə satılıb

London, 28 oktyabr, AZƏRTAC
Dünyada cəmi 4 nüsxəsi olan Fatih Sultan Mehmetin təsvir olunduğu antik medalyon Britaniyada keçirilən hərracda 38 min funt sterlinqə satılıb.
AZƏRTAC xəbər verir ki, Londonda “Christie's” hərrac evində “İslam və Hindistan dünyası sənəti, Şərq kilimləri və xalçaları” adlı hərrac keçirilib. Hərracda hökmdar Fatih Sultan Mehmetin təsvir olunduğu çox nadir medalyon naməlum alıcı tərəfindən alınıb.
Sikkənin üzərində “Bizans imperatoru Osmanoğlu Sultan Məhəmməd” yazılıb.
Bürüncdən tökmə diametri 11,5 santimetr olan medalyon intibah dövrünün ən gözəl portret medalyonlarından biri hesab olunur.
İtalyan heykəltaraş və rəssam Kostanza de Ferraranın hazırladığı medalyon fransız kolleksiyaçı Şarl Düprizin ailəsi tərəfindən hərraca çıxarılıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2025 [14:50]
Yeni rekord: Mərakeş cəmi 5 ay ərzində 7 milyondan çox turist qəbul edib
- 20.06.2025 [13:40]
Çin Rusiyadan neft idxalını azaldıb
- 20.06.2025 [13:05]
Argentinada işsizlik son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 20.06.2025 [12:40]
Media: Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti tikir
- 20.06.2025 [12:39]
İsrail Tehrana silsilə zərbələr endirib
- 20.06.2025 [12:16]
İsrail və İranın qarşılıqlı hava hücumları davam edir
- 20.06.2025 [11:57]