Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fatma Yıldırım: Şuşanın mədəniyyət paytaxtı elan edilməsi dünya mədəni həyatının təntənəsidir

Fatma Yıldırım: Şuşanın mədəniyyət paytaxtı elan edilməsi dünya mədəni həyatının təntənəsidir

Bakı, 1 aprel, AZƏRTAC

Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu haqda qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.

Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması qürurvericidir. TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.

Bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub. ICESCO rəhbərinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı isə Şuşanın “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüsü irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Bundan sonra Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi naminə əhəmiyyətli addımlar atılıb.

Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal edib və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib.

Lakin Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilib və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Uzun fasilədən sonra ötən ilin may ayında Şuşada - hər bir azərbaycanlı üçün müqəddəs olan Cıdır düzündə ənənəvi “Xarıbülbül” festivalı keçirilib. Biz 30 il mədəniyyət incisi olan Şuşa həsrəti ilə yaşamışdıq. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxış etmələri isə göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır.

Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən bu qədim şəhərimizdə təşkil olunub. Şairin məqbərəsinin yenidən açılışı keçirilib. Şuşa böyük dühaların yaşayıb yaratdığı möcüzəli diyardır, dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın və digər böyük şairlərin yurdudur. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada həm də dünya mədəni həyatının təntənəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan çempionatlarında əsrin ən yaxşı ikinci göstəricisi qeydə alınıb

Neftçala şəhərində qanunsuz inşa olunan tikili sökülüb

Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib

Agentlik: Ötən ay 3,9 min şəxsə əlillik təyin edilib

Məktəbdənkənar fəaliyyətlərin inkişafı gənclərimizin gələcəyinə qoyulan ən mühüm investisiyadır

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara və sürücülərə müraciət edib

Anqolada vəba epidemiyası bu il 110-dan çox insanın ölümünə səbəb olub

Rusiya əvvəllər məhkum olunmuş ABŞ vətəndaşını sərbəst buraxıb

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsində liderliklə bağlı fikirlərini bölüşüb

“Qarabağ” Azərbaycan çempionatlarında XXI əsrin rekorduna imza atıb

Azərbaycan Prezidenti: Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər

Azərbaycan Universitetində “MilliSec” kibertəhlükəsizlik şirkətinin nümayəndələri ilə görüş

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz 4 il artıq tarixə qovuşacaq

Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, ölənlər var

BMT-nin Baş katibi: Süni intellekt geosiyasi ziddiyyətləri dərinləşdirə bilər

Beş ildə Kürdəmirdə ASANlaşan 608 min müraciət!

Prezident: İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

Bakıda badminton üzrə Avropa çempionatı start götürüb

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə konsert proqramı təqdim olunub

Polis kibercinayətkarlığa qarşı maarifləndirici tədbirlər keçirir

Misli Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 114 il ötür

Prezident İlham Əliyev: Qlobal Cənub dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir

Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan neftinin qiyməti artıb

Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür

Çempionlar Liqası: “Bavariya” “Seltik”in, “Milan” “Feyenoord”un qonağı olacaq

Prezident: Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq

MDU-da təhsil və idarəetmə sahələrində keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilib

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb

Azərbaycan Prezidenti: Heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz beynəlxalq arenada dəstəklənir

Dövlət Su Ehtiyatları Agentliyində müşavirə keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

Prezident İlham Əliyev: Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq

Şirvanda beş evdən oğurluq edən şəxs saxlanılıb

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB

BKS-də ləngiyən astronavtların qayıdışı tezləşdirilə bilər

Televizor və ya smartfondan ifrat istifadə uşaqlarda nitqin inkişafını ləngidir - ARAŞDIRMA

Şirin dadla bağlı beyin siqnalları kəşf edilib - TƏDQİQAT

“Boeing” yanvarda 45 təyyarə istehsal edib

Fransisk: Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir

İsveçdə media sənayesi risklərlə üzləşib

Britaniya polad tarifləri ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib

Kaliumla zənginləşdirilmiş duz təkrarlanan insult riskinin azaldılmasına ümid yaradır - TƏDQİQAT

İtaliyada mafiyanın 181 üzvü həbs olunub

Britaniyada uşaq əyləncə mərkəzinin altında 176 bomba aşkar edilib

BMT: 2024-cü ildə 1,4 milyard nəfər xaricə səfər edib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib

Danilo Della Valle: Brüsselin tərəfdaşlarla münasibətləri bərabərlik prinsipinə əsaslanmalıdır

Mavritaniya və Seneqalın dənizdə müştərək qaz quyusundan ilk LNG istehsalı başlanıb

Çempionlar Liqası: PSJ səfərdə inamlı qələbə qazanıb

Hamburqda sərnişin qatarı qəzaya uğrayıb, bir nəfər həlak olub

Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb

BƏƏ-də IDEX və NAVDEX 2025 sərgiləri keçiriləcək

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Baş katib: TDT beynəlxalq tərəfdaşlığı gücləndirməkdə qərarlıdır

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib

Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

Liviya sahillərində gəminin batması nəticəsində 16 pakistanlının ölümü təsdiqlənib

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

Süni intellekt əsasında işləyən çat-botlar yalan məlumatlar təqdim edir

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

“5 nəfər qışın soyuğunda çovğuna düşüb, həyatını itirdi” - Fərmayıl Cəfərovun ağrı-acılı həyat hekayəsi

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub VİDEO

Portuqaliyalı futbolçu: Məqsədim “Kəpəz”in Premyer Liqada qalmasına kömək etməkdir - MÜSAHİBƏ

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

® "Coca-Cola"nın İsmayıllı zavodunda 100-dən artıq sakinin işlə təminatı planlaşdırılır

Bakıda sərgi sahəsinin peşəkarları üçün növbəti intensiv praktiki seminar təşkil olunacaq

Yüksək Texnologiyalar Parkı ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

İrakli Zarkua: İsveç və Danimarka marjinal qrupları maliyyələşdirən adi ölkələrdir

Əlilliyi olan 11 gənc təcrübə proqramında iştirak etmək üçün Türkiyəyə göndərilib

ADY və FHN növbəti birgə təlim keçirib

“Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib

DİM sürücülər üçün növbəti imtahan keçirəcək

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Millinin baş məşqçisi: İnkişaf Kubokunda məqsədimiz maksimum dərəcədə uğurlu çıxış etməkdir

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

Maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub

Naxçıvan idmançıları ötən il ölkə və beynəlxalq səviyyəli yarışlarda 201 medal qazanıblar

İtaliyada 75-ci “Sanremo” musiqi festivalı başlayır

® “AccessBank” tender elan edir

Zahid Xəlil: Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Qanunsuz zəbt edilmiş ərazilərdə hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN

Qazaxıstanda atom energetikası, İT və PUA konstruksiyası üzrə mütəxəssislər hazırlanacaq

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında ƏSASNAMƏ