“FENİKS” MARSIN ƏBƏDİ BUZLAQLARININ İLK FOTOŞƏKİLLƏRİNİ YERƏ GÖNDƏRMİŞDİR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Feniks” kosmik aparatı Marsın şimal qütbü yaxınlığında əbədi buzlaqların ilk fotoşəkillərini Yer kürəsinə ötürmüşdür.
Tədqiqatlara rəhbərlik edən Arizona Universitetinin alimi Piter Smit demişdir: “Aparatın endiyi yerdə gördüklərimiz alimin əsl arzusudur”.
Robotdan alınmış təsvirlərdə görünür ki, Marsda əbədi buzlaqlar sahəsi planetimizin analoji rayonlarına oxşayır - orada da səthdə eynilə bu cür həndəsi relyeflər əmələ gəlir. Alimlər qeyd edirlər ki, bu, çox ehtimal ki, torpaqda buzun əriməsi və donması proseslərinə dəlalət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]