CƏMİYYƏT
FHN: Hacıqabulda yük avtomobilində olan 14 ton qida yanıb VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində DAF markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib. Yanğın nəticəsində yük avtomobilinin qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb. Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.