FHN: Nizami küçəsində anbarda baş verən yağın söndürülüb YENİLƏNİB VİDEO


Bakı, 21 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nəsimi rayonu, Nizami küçəsində anbarda baş verən yanğın tam söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2 min 400 kvadratmetr olan elektronika və digər malların saxlanıldığı anbar 360 kvadratmetr sahədə yanıb.
Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
12:35
Bakı şəhərinin Nəsimi rayonu, Nizami küçəsində anbarda baş verən yanğına dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.