CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla beş nəfər xilas olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.