CƏMİYYƏT
FHN qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında suçəkmə işləri aparır VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Respublika ərazisində aramsız yağışlarla əlaqədar paytaxtın bəzi ərazilərində subasmalar olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yağışlarla əlaqədar, nazirliyin qüvvələri Bakının Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkir, köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım edirlər.
Bu barədə əlavə məlumat veriləcək.