FİKRƏT ƏMİROV ADINA 6 NÖMRƏLİ UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİ HESABAT KONSERTİ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 22-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbinin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr edilmiş hesabat konserti olmuşdur.
Konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü Sərdar Fərəcov çıxış edərək, məktəbin fəaliyyəti və son bir ildə qazandığı nailiyyətlərdən danışmışdır.
Natiq vurğulamışdır ki, məktəbin kollektivi respublikamızda və xarici ölkələrdə təşkil olunmuş bir sıra müsabiqələrdə, olimpiadalarda iştirak etmiş, böyük uğurlar qazanmışlar.
Tədbirdə mayın əvvəllərində təşkil olunan musiqi nəzəriyyəsi üzrə ikinci şəhər olimpiadasında yüksək səviyyəli bilik və xüsusi fəallıq göstərən şagirdlərə fəxri diplomlar təqdim edilmişdir.
Məktəbin xalq çalğı alətləri ansamblının, rəqs qruplarının ifaları tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]