Filippin nümayəndələri Çin gəmilərinin Cənub Çin dənizindəki mübahisəli adalara yaxınlaşmasını tənqid ediblər
Tokio, 5 aprel, AZƏRTAC
Filippin nümayəndələri Çin gəmilərinin Cənub Çin dənizindəki mübahisəli adalara yaxınlaşması ilə əlaqədar rəsmi Pekini tənqid ediblər.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Filippin Xarici İşlər Nazirliyi (XİN) Paq-Asa adaları ətrafında vəziyyətlə bağlı bəyanat yayıb. Həmin adalar faktiki olaraq Filippinin nəzarəti altındadır və Spartli adaları qrupuna daxildir.
Manilanın məsələ ilə bağlı mövqeyini bir daha açıqlayan nazirlik bildirib ki, Paq-Asa adaları Filippinin ayrılmaz tərkib hissəsidir.
XİN-in bəyanatında, həmçinin bildirilir ki, həmin rayonda Çin gəmilərinin hərəkəti Filippinin suveren hüquqlarının və yurisdiksiyasının açıq şəkildə pozulması deməkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]