İDMAN
Finlandiyada güləş üzrə Avropa çempionatı davam edir [YENİLƏNİB]
Güləşçimiz Hacı Əliyev ilk görüşünü Almaniya təmsilçisi Aleksandr Semisorova qarşı keçirmiş və xalçadan qalib ayrılmışdır. Daha sonra gürcüstanlı Beka Lomtadzeni məğlub edən idmançımız yarımfinala adlamışdır. Ukraynalı rəqibi Vasliyi Şuptaradan da üstün olan H.Əliyev finalda rusiyalı Bekxan Qoyqerevlə üz-üzə gələcəkdir.
Digər güləşçilərimiz Qalib Əliyev, Patimat Baqomedova və Yuliya Ratkeviç isə Avropa çempionatında iştiraklarını dayandırmışlar.
X X X
12:10
Bakı, 2 aprel (AZƏRTAC). Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə 57, 61 kiloqram çəki dərəcələrində sərbəst, 53 və 60 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaqlar
Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşmişdir. Belə ki, Qalib Əliyev (57 kq) monakolu Gennadi Tulbea - Qarik Barseqyan (Ermənistan) qarşılaşmasının qalibi ilə, Hacı Əliyev (61 kq) Almaniya təmsilçisi Aleksandr Semisorovla, Patimat Baqomedova (53 kq) Laura Mertenslə (Almaniya), Yuliya Ratkeviç (60 kq) isə Macarıstan idmançısı Ramano Qalamboş ilə qarşılaşcaqlar.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir qızıl və iki gümüş medal qazanmışlar.