FİZİKA FƏNNİ ÜZRƏ TEST TAPŞIRIQLARI ELMİ-METODİKİ CƏHƏTDƏN TƏHLİL OLUNMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, fizika fənni üzrə elmi-metodiki seminar davam etdirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin və ayrı-ayrı təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri seminarda 2008-ci ildə ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunmuşdur (A variantı).
AMEA Fizika İnstitutunun əməkdaşları A.Süleymanov, M.Babayev, Q.Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti A.Allahverdiyev, 34 nömrəli orta məktəbin müəllimi S.Məmmədov və digər alim və müəllimlər çıxış edərək, müvafiq test tapşırıqlarının respublikanın orta məktəblərində qüvvədə olan tədris proqramı əsasında hazırlanmış qəbul proqramına və dərsliklərə tam uyğun olduğunu bildirmişlər.
Qəbul imtahanlarında fizika fənnindən daha çox məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini tələb edən keyfiyyət xarakterli test tapşırıqlarına üstünlük verilmişdir.
Eyni zamanda təhlil göstərmişdir ki, abituriyentlərin bir qismi mexaniki və elektromaqnit rəqsləri, dəyişən cərəyan, doymuş və doymamış buxarın xassələri, həndəsi optika, nisbilik nəzəriyyəsi və atom fizikası ilə bağlı test tapşırıqlarına cavab verməkdə çətinlik çəkmiş, bəzi hallarda isə cavab verməkdən imtina etmişlər.
Müzakirələr davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]