Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin ümumi yığıncağında ötən ilin nailiyyətləri müzakirə olunub

Bakı, 2 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) illik hesabatlara həsr olunmuş ümumi yığıncağının növbəti onlayn iclasında Biofizika və İdarəetmə Sistemləri (İSİ) institutlarının, eləcə də Milli Aviasiya Akademiyasının (MAA) 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatları müzakirə olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda, mühüm elmi nəticə müəllifləri iştirak ediblər.

Biofizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarından danışan müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov bildirib ki, institutda tədqiqatlar, əsasən bir istiqamət üzrə aparılıb və cari ildə 11 mühüm nəticə əldə olunub. Həmçinin institut əməkdaşlarının yüksək impakt faktorlu məcmuələrdə 6 məqaləsi işıq üzü görüb. Hesabat ilində alimlərimizin məqalələrinə, ümumilikdə 204 istinad olub. Bu da, 2020-ci illə müqayisədə 32 istinad çoxdur.

Məruzəçi Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarının, eləcə də Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələrin icra vəziyyətinə də toxunub.

Daha sonra hesabat ilində dünyanın bir çox dillərində nəşr olunan “Molekulyar hüceyrə biologiyası” (“Molecular Cell Biology”) bestsellerinin Azərbaycan dilinə tərcümə olunmasından söz açıb. Vurğulayıb ki, bu kitab Massaçusetts Texnologiya İnstitutunun, Harvard, Kornel və Kaliforniya universitetlərinin tanınmış alimləri tərəfindən hazırlanıb. Best-sellerin 2016-cı ildə “Springer” nəşriyyatında işıq üzü görən və ana dilimizə tərcümə edilən 8-ci nəşri biotibb, molekulyar hücey-rə sahəsində son illərin eksperimental tədqiqatlarına əsaslanan mühüm nailiyyətləri özündə əks etdirir.

Oktay Qasımov institut əməkdaşlarının qazandıqları respublika və beynəlxalq qrantlardan, həmçinin kütləvi-informasiya vasitələrində (KİV) nümayiş etdirdikləri elmi-populyar fəaliyyətdən bəhs edib. Vurğulayıb ki, FRTEB-in ən gənc elmi müəssisəsinin alimləri hesabat ilində beynəlxalq əməkdaşlıq istiqamətində də mühüm uğurlar qazanıblar. Türkiyə, ABŞ, İtaliya, Pakistan, İsveçrə, Belarus Respublikası və Fransadan olan həmkarları ilə beynəlxalq səviyyəli tədqiqatlar aparıblar.

Məruzəçinin sözlərinə görə, institutun mütəxəssisləri italiyalı alimlərlə aparılan müştərək tədqiqatlar nəticəsində katarakta, Alzeymer, Parkinson kimi xəstəliklərə qarşı terapevtik müalicə üsulu təklif ediblər. Bundan başqa, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Milli Onkologiya Mərkəzi və Bakı Dövlət Universitetindən olan alimlərlə aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVID-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi və onların təsir mexanizmləri tədqiq olunub.

Daha sonra Milli Onkologiya Mərkəzinin mütəxəssisləri ilə birgə qazandıqları nailiyyətlərdən danışan Oktay Qasımov qeyd edib ki, TEMPO spin zonduna dərman modeli kimi yanaşaraq onların ağciyər sağlam və karsinoma hüceyrə membranlarına inkorporasiya dərəcələri qiymətləndirilib. Həmçinin SARS-CoV-2 virusunun insan hüceyrələrinə daxil olmasında və onun immun sistemi tərəfindən tanınmasında mühüm antigen rolunu oynayan S (spike) zülalının ilkin (referans) variantı müxtəlif ölkələrdə aşkar edilmiş 263067 virusun S zülalı ilə müqayisə edilib.

Çıxışlarda 2021-ci ildə əldə edilən digər nailiyyətlərdən bəhs edilib.

Daha sonra onlayn iclasın iştirakçılarına Milli Aviasiya Akademiyasında (MAA) müvafiq elmi istiqamət üzrə əldə edilmiş mühüm nəticələr barədə məlumat verilib. Bu barədə çıxış edən AMEA-nın müxbir üzvü Afiq Həsənov bildirib ki, hesabat ilində MAA-da 12 elmi istiqamətə müvafiq 30 elmi tədqiqat işi aparılıb. Əldə edilmiş mühüm nəticələrdən söz açan alim diqqətə çatdırıb ki, professor-müəllim heyətinin ixtiralarına 7 patent alınıb, 260 elmi əsəri nəşr olunub. Onlardan 96-sı xarici ölkələrin məc-muələrində işıq üzü görüb.

Tədbirdə çıxış edən FRTEB-in Ümumi yığıncağının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev hesabatını təqdim edən hər üç müəssisədə aparılmış elmi-tədqiqat işlərini müsbət qiymətləndirib, onların ölkəmizin milli, strateji maraqları ilə səsləşməsi və digər mühüm keyfiyyət göstəriciləri nöqteyi-nəzərindən əvvəlki illərlə müqayisədə nəzərə çarpan ciddi irəlilə-yişlərini təqdirəlayiq hesab edib.

Vacib əhəmiyyət daşıyan nailiyyətlərin üzərində dayanan sədr “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” mövzusunda keçirilmiş beynəlxalq konfransa xüsusilə diqqət çəkib. Rasim Əliquliyevin sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində vacib yer almasına zəmin yaradıb.

Alim vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, artıq reallığa çevrilən çoxsaylı infrastruktur layihələri ölkəmizin coğrafi əhəmiyyətini daha da artırır.

Uğurlu beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizinin seqmentləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşa edilməsi ölkəmizin mühüm nəqliyyat qovşağına və yeni logistik məkana çevrilməsi üçün geniş imkanlar açıb.

Rasim Əliquliyev bu ilin aprelində Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışını xatırladıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib. Bu məqsədlə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinin, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrasının önəmini diqqətə çatdırıb. Zəngəzur nəqliyyat dəhlizinin mühüm əhəmiyyətindən söz açıb. “Cənab Prezidentin haqlı olaraq söylədiyi kimi, Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi simasında mövqeyini gücləndirmək imkanı verəcək”, – deyə akademik vurğulayıb.

Ümumi yığıncağın sədri Rasim Əliquliyev qeyd edib ki, nəqliyyatın intellektuallaşdırılması, onun idarə olunmasında süni intellekt texnologiyalarının tətbiqi, dron nəqliyyatı, ölkəmizin nəqliyyat və logistika infrastrukturunun gələcək perspektivlərinin araşdırılması, bu sahədə multidissiplinar tədqiqatların aparılması və vacib elmi nailiyyətlərin qazanılması üçün İSİ və FRTEB-in digər müəssisələri gərəkli kadr potensialına malikdir. AMEA-nın vitse-prezidenti bununla bağlı bir sıra təkliflərini də səsləndirib.

Rasim Əliquliyev, həmçinin IV Sənaye inqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarını özündə ehtiva edən elmi-nəzəri, innovativ tədqiqatlarının aparılmasının önəmindən danışıb. Müasir dünya elminin və qlobal əmək bazarının tələblərinə cavab verə bilən “Data Analytics”, “Soft engineering”, maliyyə riyaziyyatı, proqram mühəndisliyi, kibercinayətkarlıq kimi mühüm ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsinin taleyüklü məsələlərdən olduğunu vurğulayıb.

Məruzələrlə bağlı aparılan müzakirələrdə akademiklər – Fikrət Əliyev, Cavad Abdinov, Adil Qəribov, Asəf Hacıyev, AMEA-nın müxbir üzvləri – Afiq Həsənov, Vaqif Quliyev, Oktay Qasımov, Ramiz Alıquliyev yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda FRTEB-in Ümumi yığıncağı Biofizika və İdarəetmə Sistemləri institutlarının və Milli Aviasiya Akademiyasını 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Bədii gimnastika üzrə Dünya Kubokunun ilk gününün qalibləri mükafatlandırılıb

Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb

Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib

Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib

Vaşinqtonda “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbir keçirilib

Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb

“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY

Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH