Florida ştatında baş vermiş partlayışın dəqiq səbəbi bilinmir
Bakı, 7 iyul, AZƏRTAC
ABŞ-ın Florida ştatının cənubunda yerləşən Planteysn şəhərindəki ticarət mərkəzlərindən birində baş vermiş partlayışın səbəbləri araşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə CBS telekanalı yerli yanğından mühafizə xidməti rəisinin müavini Coel Qordona istinadla məlumat yayıb. Onun sözlərinə görə, hadisə yerinə gələn xidmətin əməkdaşları qaz sızması qeydə alıblar və partlayışa bu səbəb ola bilər. Lakin hadisənin nədən baş verdiyi hələ axıradək aydınlaşmayıb. “Biz hələlik heç nəyi istisna etmirik. Biz təsdiqləyə bilmərik ki, partlayışa qaz sızması gətirib çıxarıb. Biz bunun belə olduğundan şübhələnirik”, - deyə Qordon əlavə edib.
Son məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb. İki nəfərin vəziyyəti ağırdır. Yaralananların əksəriyyəti partlayış anında trenajor zalında olan şəxslərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]