İDMAN
Formula 1-i izləməyə gələn qazi: Fəxr edirəm ki, ölkəmizdə beynəlxalq səviyyəli bu cür yarış keçirilir
Bakı, 15 sentyabr, AZƏRTAC
Fəxr edirəm ki, ölkəmizdə beynəlxalq səviyyəli bu cür yarış keçirilir.
Bu sözləri Azərbaycanın 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 üzrə Azərbaycan Qran-Prisində tamaşaçı kimi iştirak edən İkinci Qarabağ müharibəsi qazisi Rafiq Rəhimov AZƏRTAC-a açıqlamasında deyib.
O, duyğularını sözlə ifadə etməyin çətin olduğunu qeyd edərək bildirib: "Burada olmaq və dünyanın bir nömrəli avtomobil yarışını izləmək çox xoşdur. Bizim üçün ideal şərait yaradılıb. Mən Suraxanı rayonundan Formula 1 üçün gəlmişəm. Həmin ərazidən şəhid ailələri və qazilər üçün xüsusi avtomobillər ayrılıb. Hazırda olduğumuz məkandan da razıyıq. Hər kəsə minnətdaram. Pilotlara isə uğurlar arzulayıram”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.