REGİONLAR
Fövqəladə hallar naziri Şabranda şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Şabran, 27 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 27-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 96 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.