Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bakı, 5 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram tədbirləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına artıq müvafiq tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [18:57]
“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb
- 23.05.2025 [18:30]
Köhnə avtomobillər burada utilizasiya edilir - REPORTAJ VİDEO
- 23.05.2025 [17:42]
Urumçidə ŞƏT ölkələrinin Media Əməkdaşlığı Forumu açılıb
- 23.05.2025 [17:00]