FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ƏMƏKDAŞLARI SABİRABAD VƏ SAATLI RAYONLARINDA TƏHLÜKƏ İLƏ ÜZLƏŞMİŞ 33 NƏFƏRİ XİLAS ETMİŞLƏR
Bakı, 25 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bəndin yarılması nəticəsində təhlükəli vəziyyətə düşmüş Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərinin, Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərinin və yaxınlıqdakı məcburi köçkün şəhərciyinin əhalisi köçürülmüşdür.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, mayın 25-nə keçən gecə ərzində qeyd edilən kəndlərdə köçürülmədən imtina etmiş şəxslər təhlükə ilə üzləşmişlər. Gecə və səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və nazirliyin aviasiya dəstəsinin vertolyotları ilə ümumilikdə 33 nəfər xilas edilmişdir. Hazırda hadisə yerində xilasetmə, həmçinin dağılmış bəndin bərpası işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2025 [19:04]
COP29 Sədrliyi London İqlim Həftəsində iştirak edir
- 23.06.2025 [13:13]
Qeyri-sabit hava şəraiti sabah axşamadək davam edəcək – PROQNOZ
- 23.06.2025 [12:07]