İDMAN


IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycan paralimpiya millisinin heyəti açıqlanıb VİDEO

Bakı, 4 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycan paralimpiya millisinin heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, paralimpiyaçılar “Bakı-2017”də idmanın iki növü üzrə mübarizə aparacaqlar. Atletika yarışlarında millimizin heyətində Elçin Muradov, Nurlan İbrahimov, Elmir Cəbrayılov, Ülvi Şıxəliyev, Kamil Əliyev, Teymur Qasımov, Zeynidin Bilalov, Rasim Babayev, Samir Nəbiyev, Oloxan Musayev, Vladimir Zayets, İslam Qəhrəmanzadə, İradə Əliyeva, Yelena Çebanu, Oleq Panyutin və Zeynal Misgərli çıxış edəcəklər.

Cüdo yarışlarında isə İlham Zəkiyev, Kənan Abdullaxanlı, Rövşən Səfərov, Tofiq Məmmədov, Ramil Qasımov, Elçin Talıbov, Ramin Əliyev, Bayram Mustafayev, Sevda Vəliyeva, Afaq Sultanova, Ramilə Kaştayeva və Turanə Ağayeva güclərini sınayacaqlar.

IV İslam Həmrəyliyi Oyunlarında 19 ölkədən 93 paralimpiyaçı birincilik uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.