Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Afrika və Asiyada törətdiyi hadisələri demokratiyanı yaymaq hesab edirsə, Azərbaycana belə demokratiya lazım deyil

Bakı, 12 may, Rabil Kətanov, AZƏRTAC

XX əsrin ikinci yarısında Afrika dövlətləri Fransa kolonializminə son verərək müstəqil olsalar da iqtisadi asılılıqdan canlarını tam qurtara bilmədilər. 1960-cı ildən başlayaraq Fransa Afrikada yeni siyasi xəttini müəyyənləşdirdi. Rəsmi Parisin Afrikaya qarşı yürütdüyü yeni siyasətin əsasında iqtisadi əlaqələrin davamını təmin etmək və yeni təsir vasitələri yaratmaq dayanırdı. Yeni siyasət həmin dövrün Fransa mətbuatında Frans-Afrika (France-Afrique) adlandırılırdı.

Fransanın Afrika siyasəti dünya birliyi tərəfindən kəskin tənqid edildikdən sonra 2020-2023-cü illər ərzində bir sıra dövlətlərdə iğtişaşlar başladı və Fransanın hərbi hissələri ölkələrdən çıxarıldı. 2022-ci ildə Prezident Emmanuel Makron keçmiş koloniyalara səfər edərək əhalini sakitləşdirməyə çalışsa da qovularaq Fransaya qayıtdı və rəsmi Parisin neytrallığını elan etdi. Guya iğtişaşlar həmin dövlətlərin daxili işidir və Fransa heç bir dövlətin daxili işinə “qarışmır”. Neytrallığını elan edən Fransa iqtisadi nəzarəti qətiyyən əldən vermək niyyətində deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, koloniya dövründə 14 Afrika dövlətinin 85 faiz qızıl və valyuta ehtiyatı Fransa Mərkəzi Bankında saxlanılır və dövlət büdcəsinə ildə 500 milyard dollar gəlir gətirir. Koloniya dövlətlərindən əldə edilən maliyyə vəsaiti Fransa dövlət büdcəsinin 40 faizini təşkil edir.

Bu gün Benin, Burkino-Faso, Qvinei-Bisau, Fil Dişi Sahili, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Çad, Qabon, Konqo və başqa dövlətlərin də ehtiyat maliyyə aktivləri Fransanın nəzarətindədir. Fransa senatının qəbul etdiyi qanuna əsasən adı yuxarıda çəkilən dövlətlər il ərzində öz ehtiyatlarının yalnız 15 faizindən istifadə edə bilərlər. Əsası 1950-ci illərdə yaradılmış bu sistem indi də davam edir. Bununla razılaşmayanlar isə çox pis nəticələrlə qarşılaşmalı olublar. Məsələn, 1958-ci ildə Qvineinin ilk Prezidenti Əhməd Seku Ture referendum keçirərək ölkənin Fransa koloniyasından çıxdığını və müstəqil siyasət yürüdəcəyini bəyan etdi. Ölkəni tərk edən fransalı iş adamları Parisin göstərişi ilə uşaq bağçasından tutmuş iri dövlət şirkətlərinə kimi bütün müəssisələri dağıtdılar. Hətta kənd yerlərində ev heyvanları da öldürülür, xəstəxanalarda dərman tapılmırdı. Bununla da ölkədə kütləvi etirazlar başladı ki, digər dövlətlər də qorxaraq müstəqilliyə doğru addım atmasınlar.

Toqo Prezidenti Silvanus Olimpio 1963-cü ildə şərtlərin ağırlığına görə Fransa Prezidenti Şarl de-Qoll ilə hərbi və iqtisadi sahələrdə əməkdaşlıq haqqında sənədə imza atmaqdan imtina etdi. Elə həmin ilin dekabrında Fransada təhsil alan Eten Qnassinq adlı zabit tərəfindən qətlə yetirildi.

1962-ci ildə Malinin Prezidenti Modibo Keyta Fransanın tətbiq etdiyi vahid valyutanı ölkəsində dövriyyəyə buraxmaqdan imtina etdiyi üçün Fransa legionunda xidmət etmiş Mussa Traora adlı zabit tərəfindən qətlə yetirildi. 1966-cı ildə Mərkəzi Afrika Respublikasında, Burkino-Fassoda, 1972-ci ildə Benində baş verən dövlət çevrilişləri Parisin planı əsasında Fransa legionunda xidmət edən zabitlər tərəfindən həyata keçirildi. 2008-ci ildə Afrika dövlətlərində baş verən iğtişaşlara münasibət bildirən Prezident Jak-Şirak jurnalistlərin suallarına cavab verərək bildirdi ki, “Afrikasız Fransa dünyanın üçüncü dövlətləri sırasına düşəcək”. 1957-ci ildə Prezident Fransua Mitteran yenə də jurnalistlərə bildirdi ki, “XXI əsrdə Afrikasız Fransa olmayacaq”.

Bu gün Qərb mətbuatı Afrika dövlətlərinin rəhbərlərini diktatura rejimi qurmaqda və Avropa dövlətləri ilə korrupsiya əlaqələrində ittiham edirlər. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, 1960-cı illərdə Fransa müstəmləkəçiliyinə qarşı çıxaraq müstəqillik əldə edən Afrika dövlətləri Fransa ilə qarşılıqlı əməkdaşlıq haqqında müqaviləni imzalamağa məcbur ediliblər.

Seneqal Prezidenti Leopold Sedar Senqor 1958-ci ildə müstəqillik qazanmış digər Afrika dövlətlərinin başına gələnlərdən qorxaraq bəyan etdi ki, “Seneqal xalqı müstəqillik yolunu, yalnız Fransa ilə dostluq və əməkdaşlıq çərçivəsində seçir”.

Fil Dişi Sahili isə müstəqillikdən sonra 450 hərbçinin ölkədə qalmasına razılıq verdi. Sonradan isə bu ölkədə daha böyük hərbi hissə yaradıldı. 2006-cı ildə Fil Dişi Sahilində Fransa istismarçılığına qarşı kütləvi aksiyalar keçiriləndə Fransa ordusunun zabitləri Abican şəhərində 65 nəfəri güllələyərək öldürdü, 1200 nəfər isə güllə yarası aldı.

2013-cü ildə Mali xalqı Fransanın oyuncağı olan hökumətə qarşı kütləvi aksiya keçirərkən ölkədəki Fransa hərbçilərinin müqaviməti ilə qarşılaşdılar. Fransanın hərbi hava qüvvələri ölkənin paytaxtı Bomoko ilə yanaşı Sevare, Kona, Mopti şəhərlərini də bombardman etdilər. Nəticədə yüzlərlə qoca, qadın və uşaq həlak oldu. Beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatı “Human Rights Watch” yalnız 10 nəfərin öldüyünü bildirdi. Haiti isə 1804-cü ildən 1947-ci ilə kimi Fransaya 21 milyard dollar həcmində vergi ödəməyə məcbur edildi.

Fransa koloniyasında olan Afrikada ölkələrinin dövlət və hökumət strukturlarına yerləşdirilən casusların fəaliyyətinin nəticəsində bu ölkələrdə asanlıqla dövlət çevrilişləri həyata keçirilirdi.

Fransa xüsusi xidmət orqanlarının 2010-2015-ci illər ərzində Afrikada həyata keçirdikləri “Barxan”, “Sevral”, “Harmattan”, “Boali”, “Sanqaris” kod adları altındakı əməliyyatlar barəsində Qərb mətbuatı vaxtilə çoxsaylı materiallar dərc edib.

Fransanın Hind-Çində törətdiyi hərbi cinayətlər isə tamamilə başqa bir mövzudur. Fransa ordusunun Hind-Çin regionundakı komandasının siyasi məsələlər üzrə müşaviri Paul Myus memuarlarında yazırdı ki, 1885-ci ildə Vyetnam tam olaraq Fransanın koloniyasına çevrildi və 3 yerə bölündü. Koxinxion bölgəsi Fransanın Ticarət və Koloniyalar Nazirliyinə, Annam və Tonkin isə Xarici İşlər Nazirliyinə tabe edildi. Bu bölgələrə müxtəlif hüquqi status verilmişdi. Ağır istismara dözməyən vyetnamlılar 1930-cu ildə üsyana qalxdılar. Üsyan Fransa ordusu tərəfindən çox qəddarlıqla yatırıldı. Hanoy şəhəri bombardman olundu, Koam kəndinin sakinləri üsyançılara dəstək verdiklərinə görə kənd yerlə-yeksan edildi.

ABŞ tədqiqatçısı Stoun Tennessonun 2010-cu ildə Kaliforniya Universitetində nəşr etdirdiyi “Vyetnam 1946: Müharibə necə başladı” adlı kitabında Fransa ordusunun Vyetnamda törətdiyi vəhşiliklər faktlarla göstərilib. Kitabda qeyd olunub ki, koloniya dövründə Vyetnamda 300 min adam qətlə yetirilib.

İstismarçı bir tarixə malik olan Fransanın bu gün Azərbaycana qarşı tutduğu qeyri-konstruktiv mövqe heç də onun demokratik dəyərləri dünyaya yaymaq istəyindən irəli gəlmir. Afrika və Asiyada törətdiyi hadisələri demokratiyanı yaymaq hesab edilirsə, Azərbaycana belə demokratiya lazım deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə avtomobil aşıb, üç nəfər ölüb

Peruda zəlzələ baş verib, ölən var

Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib

Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub

İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

Bu ilin məzunları sırasında uşaq evi sosial xidmət müəssisələrinin bir qrup sakini də var

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb

Almaniyada ilk dəfə Milli Veteranlar Günü qeyd olunub

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb

Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub

İranda 2 nəfər casus ələ keçirilib

Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət edilib

Roma Papası dünyada sülh üçün çağırış edib

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Vasili Berezutski “Sabah” klubundan ayrılmasının səbəbini açıqlayıb

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

İran İsrailə 50 ballistik raket atıb

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

Sabirabadda klinikada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşünün digər iştirakçısı da Azərbaycana gəlib

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

Şıx çimərliyində iki nəfər batıb YENİLƏNİB

Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün ekskursiya təşkil edilib

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bahar Muradova: Bizim ortaq bir amalımız var - ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı

Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib

Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib

Biləsuvarda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Xarkov şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək

Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Unal Üstel: Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı qüruru biz də öz qəlbimizdə hiss etdik

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Nazim Beyşekeyev: Qırğızıstan vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk

İranın xarici işlər naziri: BMT Təhlükəsizlik Şurasının susqunluğu təəssüf doğurur

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

Prezident İlham Əliyevə təşəkkür edirik – Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri

Təbiət və gözəllik şairi

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Efkan Ala: Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür

Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi: Şuşa Bəyannaməsi

Azərbaycan badmintonçuları Venesuelada gümüş medal qazanıblar

Coğrafiya İnstitutunun əməkdaşı: Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir

Azərbaycanın 13 yaşlı şahmatçısı dünya çempionatında Hikaru Nakamuraya qalib gəlib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

Prezident İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

Prezident: Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub

Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

“Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

İyunun 15-i Ümumdünya Külək Günüdür

Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib

Konstitusiya və uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Hindistanda helikopter qəzaya uğrayıb

İran hava məkanının bağlı qalma müddəti uzadılıb

Britaniya XİN İrana və İsrailə müraciət edib

Azərbaycanlı diplomat BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini təyin edilib

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

Suriya və İraq hava məkanlarını yenidən bağlayıb