FRANSA AVROPA İTTİFAQININ ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ İLƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Polşada bir günlük rəsmi səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi ölkəsinin xarici siyasətindən danışarkən, Fransanın Avropa İttifaqına (Aİ) sədrlik edəcəyi dövrdə Ukranyanın bu nüfuzlu qurumla hərtərəfli əməkdaşlığını təklif edəcəyini bildirmişdir.
Polşa və İsveçin təklifi əsasında, Aİ-nin üzvü olan 27 ölkənin xarici işlər naziri Ukranya, Gürcüstan, Azərbaycan, Moldova, Belarus və Ermənistanla əlaqələrin yeni mərhələdə genişləndirilməsi barədə ümumi razılığa gəlmişlər.
“Aralıq dənizi ölkələrinin ittifaqı”nın yaradılması ilə əlaqədar iyulun 13-də Parisdə keçiriləcək yığıncaqda bu ölkələrlə, xüsusilə Ukranya ilə əlaqələri yaxşılaşdırmaq üçün Fransa Avropa İttifaqına təsir etmək niyyətindədir.
Bununla bərabər, Fransa Türkiyənin Aİ-yə üzv qəbul edilməsi məsələsində tutduğu mövqedən əl çəkmək fikrində deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]